Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbində təşkil olunmuş "Yay məktəbi"nin müəllim və VIII sinif şagirdlərinin Zərdab rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil etdilər

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbində təşkil olunmuş "Yay məktəbi"nin müəllim və VIII sinif şagirdlərinin  Zərdab rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil etdilər

Təhsil Nazirliyinin 07.06.2021 ci il tarixli 03.08.468/13 saylı məktubu əsasında Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbində təşkil olunmuş "Yay məktəbi"nin müəllim və VIII sinif şagirdlərinin 24.06.2021-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış davranış və sanitar-epidemioloji qaydalara əməl olunmaqla şagirdlər Mərkəzlə yaxından tanış oldular. Mərkəzin Muzey bələdçisi Xanım İmanova tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında şagirdlərə ətraflı məlumat verildi.

Ekskursiya zamanı şagirdlərə Mərkəzin elmi işçisi Alagöz Namazova 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə “Zəfər tariximizi yazan Azərbaycan ordusu” mövzusunda mühazirə oxudu.