Yaxın mədəniyyət müəssisələri

Yaxın mədəniyyət müəssisələri

Zərdab rayon Mərkəzi Kitabxana Sistemi

Zərdab rayon Mərkəzi Kitabxana Sistemi 1948-ci ildə yaradılmışdır. Hazırda xüsusi lahiyə üzrə inşa dilmiş 3 mərtəbəli kitabxana binasında fəaliyyət göstərir. Mərkəzi kitabxana 6 şöbədən ibarətdir. Oxucuların sayı 4370 nəfərə yaxındır. Kitab fondu 31249 nüsxə, kitab verilişi 48991 nəfərdir. Mərkəzi kitabxana oxuculara abonement, oxu zalı, “ailə abonementi”, səyyar və digər usullarla xidmət göstərir. Mərkəzi kitabxana müasir texnoloji avadanlıq və inventarla təchiz edilmişdir.

Ünvan: Zərdab rayonu, H. Əliyev prospekti 12

Zərdab rayon Veteranlar evi

Xalqımız tarix səhnəsinə neçə-neçə vətənpərvər, qəhrəman oğullar bəxş edib. Onlar ana Vətəni daim əziz tutub, gözlərini qırpmadan onun uğrunda canlarından keçməyə hazır olublar. Qədirbilən xalqımız hər zaman igid oğulları ilə fəxr edib, dövlətimiz isə onlara hərtərəfli diqqət göstərib. İgidlərimizin bir çoxu rəşadətli döyüş yolu keçərək veteran adı qazanıb. Bu insanlara böyük dəyəri isə məhz ulu öndər Heydər Əliyev verib. Azərbaycan xalqının ümummilli lideri onları yüksək ­qiymətləndirərək deyib: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”.

Zərdab rayon Veteranlar evində veteranlara göstərilən xidmət dövlət qayğısının bariz nümunəsidir.