Muzey

Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunu və fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə zəngindir.

Muzey bölməsinin ümumu sahəsi 422.2 m² -dir.

Eyni zamanda Ulu öndərin həyat və fəaliyyətini xalqımız və dövlətimiz qarşısında böyük xidmətlərini, Zərdab rayonuna olan səfərini əks etdirən fotolar Mərkəzin muzey bölməsində yerləşdirilmişdir.

Zərdab rayon Heydər Əliyevin Mərkəzinin ekpozisiya zalında Ümummilli lider Heydər Əliyevin zəngin irsinin tədqiqi və təbliği, Azərbaycan reallıqlarının dünyaya tanıdılması, Azərbaycan tarixi və mədəniyyətinin beynəlxalq aləmdə təbliğinin özündə əks etdirən 9 fotostend, 2 sənəd vitrinindən ibarətdir.

Muzeyin bir hissəsində prezident İham Əliyevin Zərdab rayonuna etdiyi səfərlərin fotoları sərgilənir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsi Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu Azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xidmət edir.