Rəhbərlik və əməkdaşlar

Rəhbərlik və əməkdaşlar

Zərdab rayon Heydər Əliyev Mərkəzinin işçiləri haqqında

Mərkəzin 14 nəfər əməkdaşı var.

1. Direktor - Rəhimova Könül Adil qızı

2.Fond mühafizi - Əhmədzadə Nicat Məmməd oğlu

3. Elmi işçi - Namazova Alagöz Arif qızı

4.Bələdçi - İmanova Xanım Eyvaz qızı

5.Mərkəz baxıcısı - Soltanova Xəyalə Tofiq qızı

6.Nəzarətçi - Muradxanlı Dursun Salik qızı

Mərkəzdə 8 nəfər texniki heyyət mövcuddur.

Direktor

Rəhimova Könül Adil qızı 02 noyabr 1973 – cü ildə Zərdab rayonunda anadan olmuşdur. 1995-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinin kitabxanaşünas – biblioqraf ixtisası üzrə bitirib. 16 İyul 1995-ci ildən Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində dövrü-mətbuat oxu zal müdiri, 01 iyul 2010-cu il tarixdə MKS- nin Uşaq şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2013-cü ilin dekabr ayından Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində işləyir. 2001-ci ildən YAP Zərdab təşkilatının üzvüdür.

Fond mühafizi

Əhmədzadə Nicat Məmməd oğlu 19 aprel 1992-ci ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuşdur. 19 iyun 2014-ci il tarixində Ağcabədi Pedaqoji Kollecinin Fiziki tərbiyyə müəllimliyi fakültəsini bitirmişdir. 04 noyabr 2016-cı il tarixindən Zərdab rayon Heydər Əliyev Mərkəzində Fond Mühafizi vəzifəsində işləyir. YAP Zərdab təşkilatının üzvüdür.

Elmi işçi

Namazova Alagöz Arif qızı 04 sentyabr 1979-cu ildə Ucar rayonunda anadan olmuşdur. 2000-ci ildə Gəncə Məişət xidməti kollecinin Ucar filialının ibtidai metodika fakültəsini bitirib. 1998-ci ildə Ucar rayonunun Nizami adına 3 saylı orta məktəbində labarant, 2001-ci ildə İbtidai sinif müəllimi, 23 may 2005-ci ildə Zərdab rayon Statistika idarəsində katibə-makinaçı, 08 yanvar 2007-ci il tarixindən Zərdab rayon Heydər Əliyev Mərkəzində elmi işçi vəzifəsində işləmişdir. YAP Zərdab təşkilatının üzvüdür.

Bələdçi

İmanova Xanım Eyvaz qızı 08 sentyabr 1990-cı ildə Zərdab rayonunda anadan olmuşdur. 2011-ci ildə Gəncə Humanitar Kollecinin ibtidai sinif müəllimi ixtisasını bitirib. 22 dekabr 2009 –cu il tarixindən Zərdab rayon Heydər Əliyev Mərkəzində bələdçi vəzifəsində işləyir. YAP Zərdab təşkilatının üzvüdür.

Mərkəz baxıcısı

Soltanova Xəyalə Tofiq qızı 15 yanvar 1983-cü ildə Zərdab rayonunda anadan olmuşdur. 2003-cü ildə Gəncə Məişət xidməti kollecinin Zərdab filialının ibtidai metodika fakültəsini bitirib. 2003-cü ildə Zərdab rayon Tarix Diyarşunaslıq muzeyində baxıcı vəzifəsində işləyib. 01.09.2007-ci il tarixindən Zərdab rayon Heydər Əliyev Mərkəzində mərkəz baxıcısı vəzifəsində işləyir. YAP Zərdab təşkilatının üzvüdür.

Nəzarətçi

Muradxanlı Dursun Salik qızı 30 oktyabr 1996-cı ildə Zərdab rayonunda anadan olmuşdur. 2016-cı ildə Mingəçevir Turizm Kollecinin Muzey işi və abidələrin mühafizəsi muzey işi üzrə təşkilatçı ixtisasını bitirmişdir. 03 sentyabr 2018-ci il tarixindən Zərdab rayon Heydər Əliyev Mərkəzində nəzarətçi vəzifəsində işləyir.