Kitabxana

Zərdab rayon Heydər Əliyev Mərkəzində 670 adda 745 kitab fondu olan elektron kitabxana fəaliyyət göstərir.

Zərdab rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən elektron-kitabxanada ulu öndər Heydər Əliyev, möhtərəm Prezidentimiz İlham Əliyev, Respublikanın I vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında kitablar mövcuddur.

Həmçinin Mərkəzin elektron kitabxanasında oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir.

Heydər Əliyev Mərkəzinin kitab fondunda yerləşən tariximiz, mədəniyyətimiz, incəsənətimiz, görkəmli şəxsiyyətlərimiz haqqında bir-birindən maraqlı nəşrlər müxtəlif dillərdə ölkəmizin təbliği baxımından mühüm rol oynayır.