Heydər Əliyev və Zərdab

Heydər Əliyev və Zərdab

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlər ərzində qurucu islahatçı lider kimi də özünü təsdiqləyib: "Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə dövrün ideoloji çərçivələri daxilində dərin islahatlar həyata keçirməklə, Azərbaycanın o zamanlar sovetlər birliyinin ən geridə qalmış ölkəsində ən dinamik inkişaf edən ölkəsinə çevirməklə özünü genişmiqyaslı qurucu - islahatçı lider kimi təqdim edib.Təbii, biz Heydər Əliyevi üçüncü prizmada müstəqil azərbaycançılıq ideologiyasının banisi kimi dəyərləndiririk".

Azərbaycançılıq ideologiyası Heydər Əliyevin Azərbaycana bəxş etdiyi və bu gün Azərbaycanın bu təməl üzərində qərar tutduğu bir ideoloji sistemdir: "Bu sistemin mahiyyəti əslində müstəqil Azərbaycan dövlətçiliyinin qurulması, təməl prinsipinin təsis edilməsi, möhkəmləndirilməsi və bu baza əsasında müasir Azərbaycanın yaradılmasından ibarətdir.Azəırbaycançılıq bir yandan da birləşdirici ideologiyadır, bütün Azərbaycan cəmiyyətinin birləşdirilməsi məqsədini güdür,hədəf olaraq bunu nəzrdə tutur".

Ulu Öndər Heydər Əliyev 1978-ci il may ayının 29-da Kür çayının daşması ilə əlaqədar vəziyyətlə yerində tanış olmaq məqsədilə Zərdab rayonda olmuşdur. Rəhbər rayonun Kür sahilinə baxmış, Kür daşqınının qarşısını almaq üçün görülən işlərlə maraqlanmışdır. Ulu öndərimiz Kür sahilində Böyük Vətən müharibəsi iştrakçıları və qurbanlarının xatirə abidə kompleksinin, yay kino-teatrının, Kürkənarı restoranın və s. binaların su içində olmasını, xeyli pambıq və taxıl sahəsinin su altında qalmasını narahatlıqla müşahidə etmişdir.

Heydər Əliyev Kürün daşması nəticəsində su basan yerlərə getmiş, daşqının nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərlə tanış olmuş, tapşırıq və göstərişlər vermişdir. Ulu öndər Kür sahilində yaşayan, daşqından evlərinə ziyan dəyən şəhər sakinləri ilə də səmimi söhbət etmişdir.

Related image

Bununla yanaşı təsərrüfatlarla tanışlığa da böyük diqqət vermişdir. Şəhərimizin girəcəyindəki 800 başlıq mal-qara, südçülük-əmtəə kompleksinə gəlmişdir. Sonra isə 50 min başlıq quşçuluq kompleksində, daha sonra 1977-ci ildə istifadəyə verilən 1600 başlıq mal-qara kökəltmə meydançasında olmuşdur. Böyük yem zavodu da ölkə rəhbərinin diqqətindən yayınmamışdır.

Image result for heydər əliyev zərdabda 1978

Heydər Əliyevi o vaxtkı “Kommunist” (Qoşaoba və Təzəkəndi əhatə edirdi) kolxozunda İldırım Kərimovun briqadasında da olmuşdur. Rəhbər tarlanı gəzmiş və belə demişdir: sovkaya qarşı vaxtında çox ciddi mübarizə aparın, ümumiyyətlə, aqrotexniki və kimyəvi kompleks becərmələri yüksək səviyyədə keçirin, alaqla vaxtında mübarizə aparın, texnikanı səmərəli işlədin.

Növbəti görüş o vaxt Gəlmə, Əlibəyli, Allahqulubağı, Salahlı, Xanməmmədli və Hüseynxanlı kəndlərini əhatə edən K. Marks adına kolxozda Şirin Şirinovun pambıqçılıq briqadasında olmuşdur. Ulu öndər əməkçilərlə səmimi söhbət etmiş, işin gedişi ilə yaxından tanış olmuşdur.

Həmin gün mədəniyyət şöbəsində Heydər Əliyev rayon fəallarının yığıncağını keçirmişdir

Image result for heydər əliyev zərdabda 1978

Xalqımızın Ümummilli lideri Heydər Əliyev bu sözləri 1978-ci il mayın 29-da – Kür çayında daşqının qarşısını almaq məqsədilə Zərdaba səfər edərkən rayon ictimaiyyətinin iştirakı ilə keçirdiyi müşavirədə söyləmişdir:
“Zərdab rayonunun zəhmətkeşləri təbii fəlakətlərə qarşı mübarizədə iradə, intizam, bacarıq göstərmişlər və indi təbii fəlakətin vurduğu zərəri mütəşəkkil qaydada aradan qaldırır, tarla və fermalarda işi gücləndirirlər”.