Qalereya

Ekspozisiya zalı

Zərdab rayon Heydər Əliyev Mərkəzi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılmışdır.

Heydər Əliyev Mərkəzinin Muzey hissəsində yerləşən eksponat və stendlərdə olan nadir fotoşəkillər, sənədlər, arxiv materialları, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanılması, əbədi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işləri, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.

Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin örnək ömür yolunu dolğun və ətraflı çatdıran dəyərli ekspozisiyalar 9 foto stend və 2 sənəd vitrinində nümayiş olunur. Uşaqlıq və gənclik dövrü; Dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövr; Azərbaycana rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövr; Müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü.

Bu foto stendlərdə Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna xidmətlərini, zəngin dünya görüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasını təbliğ edən müxtəlif məqamlar əks olunub.

Muzeyin bir hissəsində isə Ümummilli Lider Heydər Əliyevin 1978-ci il may ayında Zərdab rayonuna səfərini əks etdirən fotolar, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2006-cı il iyunun 30-da, 2011-ci il mayın 5-də və 2012-ci il oktyabrın 7-də Zərdab rayonuna tarixi səfərlərini əks etdirən fotolar nümayiş olunur.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsi Heydər Əliyevin həyat və fəaliyyətini daha yaxından öyrənmək istəyən hər bir şəxs üçün önəmlidir.