Qarabağ zəfəri Heydər Əliyev irsinin zəfəridir

Qarabağ zəfəri Heydər Əliyev irsinin zəfəridir

Tədbir

26.11.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il Tədbirlər Planına əsasən 12 Dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Qarabağ zəfəri Heydər Əliyev irsinin zəfəridir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin, 2 saylı MKS-nin şəhər kitabxana filialının və Tarix- Diyarşünaslıq muzeyinin əməkdaşları iştirak edib.

Tədbirin əvvəlində Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova “Qarabağ zəfəri Heydər Əliyev irsinin zəfəridir” mövzusunda mühazirə ilə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin irisi – həm Qarabağ zəfərinin bünövrəsi, həm də gələcək nəsillərin xoşbəxt və firavan zəminidir. Çıxışçı daha sonra qeyd edib ki, Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan regionun lider dövləti olaraq strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirir. Əldə olunan uğurlar sübut edir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir.

Tədbirdə iştirak edən Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı Maisa Babayeva Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolunu, indiki və gələcək nəsillərə qoyub getdiyi mənəvi-siyasi irsi böyük sərvət, əvəzsiz nümunə olduğunu qeyd edib. Bildirib ki, Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərib.

Daha sonra tədbirdə iştirak edən Tarix- Diyarşünaslıq Muzeyinin əməkdaşı Asifə Əliyeva Heydər Əliyevin müstəqil dövlətimizin qurulmasında, inkişaf etdirilməsində və möhkəmləndirilməsində misilsiz rolundan danışıb.

Tədbirin sonunda Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xəyalə Soltanova çıxış edərək Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş Ümummilli liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söyləyib.