Vətən müharibəsi Heydər Əliyev siyasətinin tarixi qələbəsidir

Vətən müharibəsi Heydər Əliyev siyasətinin tarixi qələbəsidir

Tədbir

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab Rayon Heydər Əliyev Mərkəzində 2021-ci il Tədbirlər Planına əsasən 12 Dekabr Ulu Öndər Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı 26.11.2021-ci il tarixindən Mərkəzdə silsilə tədbirlərin keçirilməsinə start verilib.

Verilən tapşırıqların icrasının təşkil olunması ilə bağlı 26.11.2021-ci il tarixində Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivinin təşkilatçılığı ilə “Vətən müharibəsi Heydər Əliyev siyasətinin tarixi qələbəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Həsən bəy Zərdabi ev muzeyinin və MKS-nin 2 saylı filial kitabxanasının əməkdaşları iştirak edib. Mərəkəzin əməkdaşı Xanım İmanova tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edib. “Vətən müharibəsi Heydər Əliyev siyasətinin tarixi qələbəsidir” mövzusunda mühazirə ilə çıxış edərkən Xanım İmanova Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev haqqında geniş məlumat verərək qeyd edib ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlayaraq, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.

Həsən Bəy Zərdabi ev muzeyinin əməkdaşı Tavad Qurbanova Ali Baş Komandan Prezident İlham Əliyev atasına layiq olduğunu «Qarabağ Azərbaycandır! sözləri ilə doğrultduğunu vurğuladı.

Tavad xanım onu da qeyd etdi ki, cənab prezidentimiz Ümummilli Lider adını siyasi bacarığı, zəkası ilə doğruldan, Azərbaycan dövlətçiliynin siyasi, iqtisadi əsaslarını yaradan, xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallaşdıran, sağlığında canlı əfsanəyə çevrilən ulu öndər Heydər Əliyev ağlı, uzaqgörən siyasəti ilə dahilik zirvəsinə qalxmışdı.

MKS-nin Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən 2 saylı filial kitabxanasının müdiri İlhamə Qəribova Ulu Öndərin siyasətini uğurla davam etdirən, ölkəmizin xarici siyasətinin əsasını təşkil edən Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması ilə bağlı məqsədyönlü siyasət aparan Prezident İlham Əliyevin səyi nəticəsində ümummilli liderimiz Heydər Əliyevin arzusunun gerçəkləşdiyini, eyni zamanda Sentyabrın 27-də başlanan Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun apardığı uğurlu əks-əməliyyatlar nəticəsində azad olunan torpaqlarımız əsl sahiblərinə qaytarıldığını bildirdi.