Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları İkinci Qarabağ müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Məmmədzadənin şəhadətinin ildönümü ilə bağlı məzarını və ailəsini ziyarət ediblər

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları İkinci Qarabağ müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Məmmədzadənin şəhadətinin ildönümü ilə bağlı məzarını və ailəsini ziyarət ediblər

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları İkinci Qarabağ müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Məmmədzadənin şəhadətinin ildönümü ilə bağlı məzarını və ailəsini ziyarət ediblər, Şəhidin məzarı üzərinə gül dəstələri qoyaraq xatirəsini anmış, ruhuna dualar oxumuşlar.

Mərkəz kollektivi şəhidin valideynlərinə dərin hüznlə başsağlığı verib, əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Anar Məmmədzadə 1999-cu il avqustun 3-də Zərdab rayonunda anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Anar Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub.Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.

Anar Məmmədzadə oktyabrın 8-də Füzuli döyüşlərində şəhid olub.Noyabrın 19-da Zərdab rayonunun Gəlmə kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020 ci il tarixli Sərəncamına əsasən Anar Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.