Güclü və aparıcı siyasi partiya, qüdrətli lider, azad xalq birliyi

Güclü və aparıcı siyasi partiya, qüdrətli lider, azad xalq birliyi

“Güclü və aparıcı siyasi partiya, qüdrətli lider, azad xalq birliyi”

Tədbir

18.11.2021-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il Tədbirlər Planına əsasən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu ildönümü ilə əlaqədar “Güclü və aparıcı siyasi partiya, qüdrətli lider, azad xalq birliyi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Mərkəzin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbir iştirakçılarını salamlayaraq, bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib.

YAP-ın yaranma tarixindən danışan Könül Rəhimova qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb.

Könül xanım qeyd edib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Nicat Əhmədzadə “Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası” adlı məruzəsində bildirib ki, 1993-cü ildə parçalanma təhlükəsi ilə üzləşən Azərbaycan Heydər Əliyev və Prezident İlham Əliyevin sayəsində bu gün dünya reytinqlərində ən yüksək yerlərdə durur: Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar. Bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti durur. Partiyamız xalqın, dövlətin maraqlarını şəxsi maraqlardan üstün tutmaq mədəniyyətini gətirib. Yeni Azərbaycan Partiyasının sıralarında 750 mindən çox insan cəmləşib. Azərbaycanda gənclərin 10 faizi partiyamızın üzvüdür. Azərbaycan vətəndaşlarının böyük hissəsi də dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaq. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır. Bu günlərdə keçirilən sosioloji sorğuda xalqın 88 faizi Prezident İlham Əliyevi dəstəkləyib. Azərbaycan xalqının gələcəyi bundan sonra da parlaq olacaq.

Mərkəzin muzey bələdçisi Xanım İmanova “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır” mövzusunda məruzəsində partiyanın yaranma tarixi, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əldə edilən uğurlardan danışıb