Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 saylı məktəb- liseydə oldular

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 saylı məktəb- liseydə oldular

Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği.

Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il Tədbirlər Planına əsasən rayon ümumtəhsil məktəblərində silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

08.06.2021 – ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Zərdab rayon Həsən bəy Zərdabi adına 1 saylı məktəb- liseydə oldular.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Nicat Əhmədzadə 1 saylı məktəb-liseyin VIII sinifində “Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliiyəti gənclər üçün örnəkdir” adlı mühazirə ilə çıxış etdi. Nicat Əhmədzadə çıxışında Ümummilli Lider Heydər Əliyevin kəlamı ilə başladı.- “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Ulu Öndər Heydər Əliyev bu andını 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçildiyi gün xalqına, bütün dünyaya bəyan etdi. Nə qədər ki Azərbaycanda Heydər Əliyev möhtəşəm siyasi kursu uğurla davam etdirilir, nə qədər ki cənab İlham Əliyev Azərbaycanı yeni və daha böyük hədəflərə doğru qətiyyətlə aparır demək xalqımız və dövlətimiz daha böyük zəfərlərə imza atacaq deyə çıxışını tamamladı.

Həmçinin, Mərkəzin elmi işçisi Alagöz Namazova 1 saylı məktəb-liseyin V sinifində “Heydər Əliyevin həyatı həyat məktəbidir” adlı mühazirə ilə çıxış etdi. Alagöz Namazova çıxışında Heydər Əliyevin həyat yolu, onun Azərbaycan tarixində qoyduğu dərin iz, xalqına göstərdiyi əvəzsiz xidmətlərindən danışdı. Azərbaycanın ən çətin anlarında üzərinə düşən xilaskarlıq misiyasını ləyaqətlə yerinə yetirməsi, bu yolda heyrətamiz fədakarlıqlar göstərib, xalqımızı müdhiş bəlalardan hifs etməsindən bəhs edib.

Ümummilli Liderin zəngin siyasi irsinin öyrənilməsi və dahi şəxsiyyətin Azərbaycanın hər tərəfli inkişafı sahəsindəki misilsiz xidmətlərinin gənc nəsilə çatdırılması baxımından belə silsilə tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.