Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf

Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf

15 İyun Milli Qurtuluş günü

“Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf”

Elmi-praktik konfrans

07.06.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş günü münasibətilə “Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf” mövzusunda elmi-praktik konfrans keçirildi.

Elmi-praktik konfransda Zərdab və Tovuz rayon Heydər Əliyev Mərkəzlərinin direktor və əməkdaşları, regionlarda fəliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Ağdam, Ağdaş, Bərdə, Şirvan, Hacıqabul, Yevlax, Lənkəran, Yardımlı, Salyan, Sumqayıt, Qazax, Oğuz, Daşkəsən, Naftalan, Masallı,) direktor və əməkdaşları, həmçinin Şamaxı YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak etdilər.

Videokonfransı açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova müstəqil Azərbaycan dövlətinin qurucusu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsi tarixini xarakterizə edən 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik etdi. Müstəqilliyin ilk iki ilində ölkədə xaos baş verdiyini, ciddi iqtisadi tənəzzülün olduğunu və dövlət idarəetməsində səriştəsizliyin hökm sürdüyünü qeyd edən K. Rəhimova xalqın təkidli çağırışlarına cavab olaraq Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıtmasını Azərbaycanın müasir tarixinə həlledici dönüş nöqtəsi daxil olduğunu bildirib. K.Rəhimova öz şəxsi həyatını böyük risk altına qoyan Heydər Əliyevin sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsinin aradan qalxdığını və Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırdı.

Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış edərək bildirdi ki, 1993-cü ildə respublikamız çətin sınaqlarla üz-üzə qalanda da xalq yeganə xilaskar kimi Heydər Əliyevi rəhbərlikdə görmək istədi. 28 il əvvəl, iyun ayında Naxçıvandan Bakıya gələn Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyətilə respublikamızı məhvolmadan xilas etdi, müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi. Azərbaycan bu gün də Heydər Əliyev ideyalarından ilham alaraq inkişaf edir, güclənir, dünyanın nüfuzlu ölkələri ilə bir sırada dayanır.

Videokonfransda çıxış edən Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Oğuz Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Yardımlı Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Daşkəsən Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Ağdaş Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxalıyeva, Tovuz Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli, Şamaxı YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova,, Dini Qurumlarlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov çıxışlarında əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söylədilər.

Tədbirdə yekun nitqi söyləyən Könül Rəhimova və Humay Aslanova Ümummilli Liderin zəngin siyasi irsinin öyrənilməsi və dahi şəxsiyyətin Azərbaycanın hərtərəfli inkişafı sahəsindəki misilsiz xidmətlərinin gənc nəslə çatdırılması baxımından bu tipli elmi konfransların davamlı

şəkildə keçirilməsinin əhəmiyyətini vurğuladılar.