Kompüter kursu

Mərkəzdə fəaliyyət göstərən kompüter kurslarının yaradılmasında əsas məqsəd müraciət edən vətəndaşları kompüter biliklərinin bütün fundamental biliklərinə yiyələndirməkdir.Kursun rəhbəri mərkəzin əməkdaşı Xanım İmanovadır.Kurslar həftədə iki dəfə keçirilir. Kursun on nəfər üzvü var.

Kompüter kursları proqramına geniş teoretik və praktik hazırlıq daxildir, prosesin özü isə müasir aparat və proqram təminatı ilə təcrübəli müəllimlərin rəhbərliyi ilə aparılır.

Xarici dil kursu

Zərdab rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dil kursları insanların xarici dilləri öyrənməsi üçün nəzərdə tutulub.Kurslar həftədə iki dəfə təşkil olunur.Kursda altı nəfər təhsil alır.Kursun rəhbəri mərkəzin əməkdaşı Nicat Əhmədzadədir.

Yüksək ixtisaslı və təcrübəli müəllimlərimiz gənclərin böyük inkişafa nail olması üçün qarşıya qoyulmuş məqsədlərə çatmağa və xarici dillərdə əminliklə ünsiyyət qurmağa kömək edirlər. Həftədə 2 dəfə keçirilən dil kursları təhsil, iş və gündəlik məqsədlər üçün danışıq, dinləmə, oxu və yazı vərdişləri üzrə bacarıqları artırır.