Rayon haqqında məlumat

Zərdab inzibati-ərazi vahidi Aran iqtsadi rayonunun tərkibində, Mərkəzi-Aranda, Şirvan düzündə yerləşir.Zərdab rayonu Ucar dəmiryolu stansiyasında 35 km, paytaxt Bakıdan 231 km aralıdadır. Rayonun səthi düzənlikdir,ərazinin çox hissəsi okean səviyyəsində aşağıdır. Sərhədində Kür çayı axır. Rayondan axan Qarasu çayının çökəkliyi Kürün qədim dərəsidir. Qış və yay otlaqları bütün il boyu heyvandarlığın inkşafı şərait yaradır. Su tutarları balıq yetişdirilməsi üçün əlverişlidir. Ərazidə neft-qaz yataqları aşkar edilmişdir.

Bir tərəfdən Aran iqtisadi rayona daxil olan Kürdəmir Ağdaş, Ucar, digər tərəfdən isə, təbii sərhəd olan Kür çayı nəzərə alınmasa, İmişli, Bərdə,Ağcabədi rəyonu ilə sərhədlənərək (Zərdab və Ağcabədinin Kür üzərindəki körpü birləşdirir) 860 kv.km əraziyə təxminən 1 % faizini, yerləşdiyi iqtisadi rayonun ərazisinin isə təxminən 4% faizini təşkil edir. Qışı mülayim, yayı quraq isti keçir.Bu iqlim şəraiti pambıq, üzum, meyvə-tərəvəz, quru subtropik bitkilərin yetişdirilməsi üçün əlverişlidir.

Bir rayon kimi 05.02.1935-ci il tarixdə formalaşa da, XVI əsrə aid tarixi mənbələrdə Zərdab rayonunun adı çəkilir. Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir.Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər. Rayonda 460 Qarabağ müharibə veteran, 134 Qarabağ müharibəsi əlili, 119 şəhidimiz, 844 nəfər məcburi köçkün vardır. Rayon əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil etsə də, başqa millətlərin nümayəndələri- rus, ləzgi, avar, türk, tatar, ukrayna və s. də yaşayır. Kür və Qarasu çayları Zərdabda qovuşur. Kür çayı üzərində tikilmiş körpü rayonu, Ağcabədi ilə, ümumən isə Qarabağla birləşdirir.

Zərdab inzibati ərazi vahidi bir şəhər (Zərdab), bir qəsəbə (Bəyimli), 40 kənd olmaqla, 42 yaşayış məntəqəsi vardır. 28 icra nümayəndəliyi və 27 bələdiyyə fəaliyyət göstərir.

2019-cu ilin əvvəllərinə rayоnun əhalisinin sayı 58767 (ilkin hesablamalara görə) nəfər olmuşdur. Əhalinin 11885 nəfəri şəhər və qəsəbələrdə, 46882 nəfəri kəndlərdə yaşayır.

Zərdabda nəşr olunan “Əkinçiqəzeti rayonun iqtisadi, ictimai-siyasi və mədəni həyatını işıqlandıran yeganə kütləvi-informasiya vasitəsidir. 1935-ci ilin yanvar ayından “Kolxozçu” 1966-cı ildən “Pambıqçı” kimi nəşr olunan rayon qəzeti daha sonralar “Əkinçi” kimi fəaliyyətini davam etdirib.

Ulu öndər Heydər Əliyevin və Cənab prezident İlham Əliyevin Zərdab rayonuna səfərləri

Ulu Öndər Heydər Əliyev 1978-ci il may ayının 29-da Kür çayının daşması ilə əlaqədar vəziyyətlə yerində tanış olmaq məqsədilə rayonda olmuşdur.

Image result for heydər əliyev zərdabda 1978

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 iyun 2006-cı il, 06 may 2011-ci il, 07 oktyabr 2012-ci il və 02 dekabr 2016-cı il tarixlərdə rayona səfər etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il iyun ayının 30-da Zərdab rayonuna səfər etmişdir. Cənab Prezident tarixi səfərində rayonda Heydər parkının və Heydər Əliyev muzeyinin, rayonun Dəkkəoba kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş orta məktəbin açılışında iştirak etmiş, 32 mənzilli yaşayış binasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni mənzillərin orderlərini təqdim etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il may ayının 06-da Zərdab rayonuna səfər etmişdir. Səfər zamanı rayon mərkəzində tikilən möhtəşəm Heydər Əliyev Mərkəzində aparılan son tamamlama işləri ilə tanış olmuş, rayonun ictimaiyyət nümayəndələri ilə görüşmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 07 oktyabr 2012-ci il tarixdə Zərdab rayonuna səfəri zamanı bir sıra obyektlərin açılışında iştirak etmişdir: Heydər Əliyev Mərkəzinin açılışı; YAP Zərdab rayon təşkilatının yeni inzibati binasının açılışı; Gənclər Mərkəzinin açılışı; Küllülü-Zərdab su kəmərinin tikintisində işlərin gedişi ilə tanışlıq və su bulağının açılışı, Veteranlar evi ilə tanışlıq oldu.

Image result for ilham Əliyev zərdabda

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 02 dekabr 2016-cı il tarixdə Zərdab rayonuna səfəri zamanı Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olmuş, ictimaiyyət nümayəndələri və tibb işçiləri ilə görüşmüşdür.

Related image

Fəxrlərimiz

Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi

1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib.

İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayır.

1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyur.

1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edir.

1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayır. Lakin qəzetin ömrü uzun çəkmir və 1977-ci il sentyabrın 29-da nəşri dayandırılır.

1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur.

Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyir.

1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunur. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülür.

Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.

Image result for həsən bəy zərdabinin zərdabdakı heykəli

Məlik Məhərrəmov 1920-ci il avqustun 20-də Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşdur. İkinci dünya müharibəsində Dnepr çayı ətrafında gedən döyüşlərdə göstərdiyi rəşadətə görə onun özünə və 17 nəfər döyüşçüsünə Sovet İttifaqı qəhramanı adı verilmişdir.

1946-cı ildən Azərbaycan SSR hərbi komissarı Hizinskogo rayon idi və 1950-ci ildə Karachuhure (Bakı keçmiş Kagshanovsky rayonu) hərbi komissarı idi. 1954-cü ildə, o, MV adına Hərbi Akademiyasını bitirmişdir Frunze. Sonra 68-ci Piyada Alayı, Zaqafqaziya hərbi dairəsinin 216th atıcı diviziyasının qərargah rəisi vəzifəsində çalışıb. 1956-58 ci illərdə Azərbaycan Ağdaş rayonunun hərbi komissarı idi. Yanvar 1958-ci ildən mart 1961-ci illərdə SM adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq hərbi şöbəsinin müdiri olmuşdur 1965-73 illərdə Azərbaycan SSR və Bakının Nərimanov rayon hərbi komissarı Sabirabad və Kürdəmir rayonlarında - Azərbaycan Dövlət Universitetinin hərbi şöbəsinin müdiri. 1973-cü ildən polkovnik MM Mageramov -. Səhmdar dəfələrlə Azərbaycan Kommunist Partiyası rayon şurası, Bakı Şəhər İcra Komitəsinin üzvü qurultaya nümayəndə seçilib. 1985-90-ci ildə Bakı Universitetinin partiya təşkilatının katibi olmuşdur. 1995-ci ildə elm Cəmiyyətinin fəxri əməkdaşı seçilmişdir. Azərbaycan paytaxtında yaşadı - Bakı. Onların gün ehtiyat və istirahət azad sonra Bakı Dövlət Universitetinin 1-ci şöbəsinin müdiri vəzifəsində çalışmış və Elmi Şurasının üzvü olmuşdur. 84 il ömür İyul 16, 2004 vəfat... O, Bakıda dəfn edilmişdir.

O, müharibədən sonra atıcı diviziyada batalyon komandiri olmuş, 1954-cü ildə Frunze adına hərbi akademiyanı bitirmiş, polk qərargahının rəisi olmuşdur.

Related image

Muradalı Şavaqat oğlu Heydərov 1922-ci il martın 18-də Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuşdur. Məmmədqasımlı kəndində ibtidai təhsil almış, sonra kolxozda sıravi əməkçi kimi çalışmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsinə çağırılmış, 416-cı Azərbaycan diviziyasının tərkibində qəhrəmanlıqla dolu döyüş yoluna çıxmışdır. Küstrin və Berlinə hücum zamanı göstərdiyi qəhrəmanlıqlara görə onun mükafatları sırasına II və III dərəcəli Şöhrət ordenləri də əlavə olundu. Muradalı Heydərov 1946-cı ildə müharibədən evə yaxasında SSRİ-nin 9 ordeni ilə qayıtdı. Böyük Vətən müharibəsi qəhrəmanı Muradalı Heydərov döyüşlərdəki şücaətlərinə görə Şöhrət ordeninin hər 3 dərəcəsi ilə təltif edilmiş, bununla da Sovet İttifaqı Qəhrəmanının bütün imtiyaz və hüquqlarına sahib olmuşdur. O, ikinci dərəcəli Vətən müharibəsi ordeni ilə də təltif olunmuşdur.

Muradalı Heydərov 31-dən 2016-cı il yanvarın 1-nə keçən gecə vəfat etmişdir.

Related image

Elşən Qarayev 1973-cü ildə Zərdab şəhərində doğulub. 1990-cı ildə orta məktəbi bitirdikdən sonra Gürcüstana gedərək Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. İctimai-siyasi vəziyyət gərginləşdiyindən 6 ay sonra Azərbaycana qayıdıb və Bakı Ümumqoşun Komandirləri Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 3-cü kursda oxuyarkən bir qrup kursantla könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanıb. 45 gün Ağdam cəbhəsində, Qərvənd kəndi uğrunda gedən gərgin döyüşlərdə iştirak edib.

1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında əsl vətənpərvərlik nümunəsi göstərib. 1995-ci ildə Bakı-Moskva sürət qatarında axtarış zamanı partlayıcı qurğu aşkarladığına görə Müdafiə naziri tərəfindən mükafatlandırılıb. 20 ilə yaxın cəbhə bölgələrində xidmət edib. Tağım komandirliyindən briqadanın mühəndis xidməti rəisi vəzifəsinədək yüksəlib.

2016-cı il Aprel döyüşlərində döyüşdə şəhid olan zabit və əsgərlərimizin nəşini döyüş bölgəsindən Elşən Qarayev çıxarıb:
“General Bərxudarov tapşırıq verdi ki, şəhidlərimizin cənazəsi heç bir xələl gəlmədən döyüş bölgəsindən çıxarılmalıdır. Mən də tapşırıqdan dərhal sonra onların nəşini çıxarmağa yollandım. Qayıdanda maşın minaya düşdü. Qızğın döyüş gedən ərazidən şəhidlərimizin cənazələrini güllə yağışı altında çıxardıq. Qayıdanda sürücüyə “dayan, qarşıda mina var” desəm də, artıq gec idi. Biz minaya düşdük. Qapı açıldı, mən yıxıldım, amma şəhidlərimizin nəşinə heç bir xələl gəlmədi. Özüm də birinci dəfə yüngül xəsarət aldım”

Lələtəpə döyüşünə qədər iki dəfə minaya düşüb yüngül xəsarətlər alıb. 2016-cı ildə Lələtəpə döyüşündə gecə saat 4 radələrində minaya düşür və ayağını itirir.

Abdullazadə Nurlan Rasim oğlu 1994-cü ildə Zərdab rayonunun Böyük Dəkkə kəndində dünyaya göz açıb. 2012-ci ildə Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən, ailənin yeganə oğul övladı Nurlan Abdullazadə Milli Ordunun giziri kimi cəbhə xəttinin Tərtər istiqamətində aprel ayının əvvəlində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. O, Zərdab rayonunun Təzəkənd kənd qəbiristanlığında aprelin 5-i torpağa tapşırılıb.

Image result for nurlan abdullazade