Mərkəzin binası

Mərkəzin binası

Zərdab rayon Heydər Əliyev Mərkəzinin tikintisinə 2011- ci ildən başlanılmışdır. Rayonun mərkəzində tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin hörmətin nümunəsidir.

Mərkəz 07 oktyabr 2012-ci il tarixdə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Zərdab rayonuna tarixi səfəri günündə açılmışdır.Binanın ətrafında geniş abadlıq quruculuq işləri görülüb.

Zərdab rayon Heydər Əliyev Mərkəzi 3 mərtəbədən ibarətdir. Mərkəzin ümumi sahəsi 1680 m²-dir. Müasir interyeri ilə diqqqəti cəlb edən mərkəzin foyesində Ümummilli liderin büstü qoyulub.

Mərkəzin Ekspozisiya zalında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilib. Burada ümummilli liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotoları nümayiş olunur. Ekspozisiya zalındakı fotolarda ümummilli liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif məqamları əks olunur.

Həmçinin 1-ci mərtəbədə Rəsm otağı, Komputer otaqları, Şahmat otağı, Virtual otaq, Tədris otağı və Xalçaçılıq otağı, mətbəx yerləşir.

Xalçaçılıq otağı

Rəsm otağı

Tədris otağı

Şahmat otağı

Komputer otağı

Vitual otaq

Mətbəx

2-ci mərtəbədə Elektron kitabxana, Konfrans zalı, 150 nəfərlik Akt zalı yerləşir.

Akt zalı

Konfrans zalı

Elektron kitabxana