Zaqatala rayon Heydər Əliyev Mərkəzində 25 fevral 2019 – cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində yerləşən Syslab mərkəzi fəaliyyətə başlayıb. Layihənin məqsədi gənclərin işlə təmin olunmasına kömək etməkdir. Mərkəzdə iş axtaran gənclərə müasir, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının öyrədilməsi məqsədilə təlimlər təşkil olunur.