Laçının işğalından 28 il ötür

Laçının işğalından 28 il ötür

Keçmiş SSRİ-nin dağılması ərəfəsində erməni və ermənipərəst qüvvələr zəifliyimizdən məharətlə istifadə edib xalqımızın başına müsibətlər gətirərək torpaqlarımızı zəbt etmişlər. Müstəqil ölkəmizin inkişafı bizi sevindirsə də, torpaqlarımızın işğalı qəlbimizin, ruhumuzun dərinliyində sağalmaz yaraya çevrilib. Bu illər ərzində düşmənlərimizin işğalçı olduğunu bütün dünyaya sübut etmişik. İqtisadi, hərbi imkanlarımıza görə beynəlxalq aləmdə böyük nüfuz sahibi kimi rəqibimizi qısa müddət ərzində məhv etməyə qadir ordu formalaşdırmışıq. Düşmənlərimizi dəstəkləyən gücləri neytrallaşdırmaq ərəfəsindəyik.
İnkişaf etmiş ölkələrlə müqaisədə koronavirus - Covid 19 epidemiyasına daha asan qalib gəlməyi bacardıq.
Ali baş Komandanlığın ətrafında sıx birliyimizin və qüdrətli ordumuzun imkanları sayəsində ermənilərlə yanaşı bütün viruslara qalib gələcəyimizə inanıram.
Xalqımızı qarşıda "Qələbə günü" kimi ən əziz və müqəddəs gün gözləyir. Şəhidlərimizin, əsirlərimizin intiqamını alıb torpaqlarımızı işğaldan azad etmək naminə yaşamalı və daha da güclü olmalıyıq!
Biz Laçına mütləq qayıdacağıq!