Zaqatala rayon Heydər Əliyev Mərkəzində növbəti dəfə dezinfeksiya işləri aparılıb

Zaqatala rayon Heydər Əliyev Mərkəzində növbəti dəfə dezinfeksiya işləri aparılıb

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə mayın 16-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində növbəti dəfə dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya işləri Mərkəzin muzey hissəsini, konfrans və akt zallarını, dərnək otaqlarını, kitabxana, dəhliz və digər ərazilərini əhatə edib. Mərkəzdə dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır. Mərkəzin giriş hissəsinə spirt və digər dezinfeksiyaedici məhlullar qoyulub.