Zaqatala rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “Əbədi ezamiyyət” filminin nümayişi olmuşdur

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “Əbədi ezamiyyət” filminin nümayişi olmuşdur

7 noyabr tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində “9 Noyabr Dövlət Bayraq Günü” ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən RİİB Könüllüləri və rayon gəncləri üçün Bakı Media Mərkəzinin hazırladığı “Əbədi ezamiyyət” filminin nümayişi olunmuşdur. Filmin nümayişi iki seans olaraq, birinci seans 10:30, ikinci seans isə 11:30 da təqdim edilmişdir. Filmə baxan gənclər tərəfindən filmin müzakirəsi olmuş və film gənclərin diqqətini cəlb etmişdir.