Sentyabrın 9-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyətinin görüşü baş tutub

Sentyabrın 9-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyətinin görüşü baş tutub

Sentyabrın 9-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyətinin görüşü baş tutub. Rayon rəhbərliyi, tələbə adını qazanmış gənclər və təhsil müəssisələrinin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Zaqatala rayonunun məzunları üçün də çox uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 610 nəfər zaqatalalı məzundan 455-i tələbə adını qazanıb. İmtahanlarda iştirak edənlərin 71 faizi ali məktəblərə qəbul olunub. Eyni zamanda, əvvəlki illərin məzunlarından da 16 nəfər ali məktəblərə daxil olub. Qəbul imtahanlarında məzunlardan 50 nəfəri 500 baldan, 16 nəfər isə 600-dən çox bal toplayıb. Təhsil şöbəsinin müdiri Habil Qurbanov rayon məktəblilərinin ötən tədris ilində qazandıqları uğurlar barədə ətraflı məlumat verib. Bildirib ki, son illərdə təhsilin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəblərin tikintisi, təmiri, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər təhsilin yenilənməsinə, müasir təhsil mühitinin yaradılmasına əlverişli şərait yaradıb. Buna cavab olaraq, rayonun təhsil işçiləri də elmli, savadlı şagirdlərin yetişdirilməsinə çalışırlar. Bunun nəticəsidir ki, son illərdə ali məktəblərə qəbul imtahanlarında zaqatalalı məzunlar yüksək nəticələr əldə edirlər.
Diqqətə çatdırılıb ki, qəbul imtahanlarında Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin məzunu Fazil Səfərov 690 bal toplayaraq respublika ikincisi olub. O, Bakı Ali Neft Məktəbində təhsil alacaq. Ümumi təhsili qızıl medalla başa vuran Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin məzunu Ramin Rəcəbli də 675 balla Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb. Tələbələr adından çıxış edən Fazil Səfərov təhsildə qazandığı uğurlara görə valideyn və müəllimlərinə minnətdarlıq edib, onların etimadını layiqincə doğruldacağını bildirib. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, məzunları tələbə adı qazanmaları münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, təhsil işçilərinə yeni dərs ilində daha böyük uğurlar arzulayıb. Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunları mükafatlandırılıblar. Rayon üzrə ən yüksək nəticəyə nail olan tələbəyə isə kompüter dəsti hədiyyə edilib.Tədbirin sonunda rayonun təhsil həyatından bəhs edən film nümayiş olunub.