3 aprel 2021-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 2016-cı il “Aprel döyüşləri” şəhidi Rəvan Nurayevin vəfatının 5-ci ildönümündə məzarını və ailəsini ziyarət etmişlər.

3 aprel 2021-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 2016-cı il “Aprel döyüşləri” şəhidi Rəvan Nurayevin vəfatının 5-ci ildönümündə məzarını və ailəsini ziyarət etmişlər.
3 aprel 2021-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 2016-cı il “Aprel döyüşləri” şəhidi Rəvan Nurayevin vəfatının 5-ci ildönümündə məzarını və ailəsini ziyarət etmişlər. Mərkəzin rəhbərliyi və kollektivi ilk öncə Muxax kəndinin şəhidlərinin məzarlarını ziyarət edərək, ruhlarına dualar oxumuşdur. Daha sonra Rəvan Nurayevin ailəsi ziyarət edilmiş, baş sağlığı verilmişdir. Şəhidimizin anası Həvva xanım Mərkəzin rəhbəri Famil Rəhimova oğlunun xatirəsini yad etdiyi üçün öz təşəkkürünü bildirmişdir. Famil Rəhimov tərəfindən qeyd edilmişdir ki, vətənimizin ərazi bütünlüyü uğrunda canından keçmiş hər bir qəhrəmanımızın xatirəsi hər zaman əziz tutularaq, xatirələri daima yaşadılacaqdır.