2 aprel 2021-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzi 2016-cı il “Aprel döyüşləri” şəhidi Sərxan Bayramovun vəfatının 5-ci ildönümündə məzarını və ailəsini ziyarət etmişlər.

2 aprel 2021-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzi 2016-cı il “Aprel döyüşləri” şəhidi Sərxan Bayramovun vəfatının 5-ci ildönümündə məzarını və ailəsini ziyarət etmişlər.
2 aprel 2021-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzi 2016-cı il “Aprel döyüşləri” şəhidi Sərxan Bayramovun vəfatının 5-ci ildönümündə məzarını və ailəsini ziyarət etmişlər. Mərkəzin rəhbərliyi və kollektivi ilk öncə Zaqatala şəhərinin şəhidlərinin məzarlarını ziyarət edərək, ruhlarına dualar oxumuşlar. Daha sonra Sərxan Bayramovun ailəsi ziyarət edilmiş, baş sağlığı verilmişdir. Şəhidimizin anası Həlimə xanım tərəfindən Mərkəzə oğlu haqqında yazılmış iki ədəd kitab hədiyyə etmişdir. Mərkəzin direktoru Famil Rəhimov öznövbəsində şəhid anasına minnətdarlığını bildirərək qeyd etmişdir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir qəhrəmanımızın xatirəsi hər zaman əziz tutularaq, gənc nəslə tanıdılması üçün daim işlər aparılacaqdır.