31 Mart Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədar Mərkəz əməkdaşları tərəfindən Humanitar Fənlər Gimnaziyasında məruzə oxunuşunu həyata keçirilmişdir

31 Mart Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədar Mərkəz əməkdaşları tərəfindən Humanitar Fənlər Gimnaziyasında məruzə oxunuşunu həyata keçirilmişdir
31 Mart Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədar Mərkəz əməkdaşları tərəfindən Humanitar Fənlər Gimnaziyasında məruzə oxunuşunu həyata keçirilmişdir. Mərkəzin əməkdaşları Məmmədova Məhəbbət, İbrahimova Nərmin tərəfindən məktəbin 9-cu sinif şagirdləri arasında oxunan məruzələrdə Azərbaycan xalqının başına gətirilən müsibətlər barədə ətraflı məlumatlar vermişdir. Qed edilmişdir ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Daha sonra xalqımızın bu cür acılardan keçərək qalib xalq kimi özünü təsdiqindən danışılmışdır.