Yaxın mədəniyyət müəssisələri

Mədəniyyət Mərkəzi

Zaqatala rayon Mədəniyyət Mərkəzi və onun filiallarında əhaliyə mədəni xidmət göstərilir, tarixi və əlamətdar günlər münasibəti ilə, həmçinin folklor, sənətkarlıq, diyarşünaslıq profillərinə uyğun tədbirlər keçirilir, müxtəlif dərnəklər, o cümlədən, rayon Mədəniyyət Mərkəzində Xalq teatrı və Xalq kəndirbazlar kollektivi fəaliyyət göstərir. Mərkəzdə mütəmadi olaraq mədəniyyət işçiləri üçün seminarlar rəqs kollektivlərinə baxış müsabiqələri keçirilir.

azculture.az: http://www.azculture.az/zaqatala-rayon-m-d-niyy-t-m-rk-zi/

Facebook: https://www.facebook.com/pg/Zaqatala-rayon-M%C9%99d%C9%99niyy%C9%99t-M%C9%99rk%C9%99zi-1579311169064797/posts/

Tarix-diyarşünaslıq muzeyi

Zaqatala rayon Tarix-diyarşünaslıq muzeyi 1967-ci ildə yaradılıb. Muzeydə əlyazmalar, şəkillər, numizmatika, arxeologiya, tətbiqi incəsənət, məişət əşyaları şöbələri mövcuddur. Əlyazmalar şöbəsindəki kitablardan bəziləri 2008-2009-cu illərdə Almaniyada keçirilən “Azərbaycan ili ” adlı mədəniyyət günlərində Berlin, Drezden, Frankfurt, Leypsiq şəhərlərində açılmış sərgilərdə nümayiş etdirilmişdir. Zaqatala tarix-diyarşünaslıq muzeyinin əsas fondunda 4685 eksponat var. Ekspozisiya zalında əsas fonddan (4685) – cəmi 577 eksponat nümayiş etdirilir.

azculture.az : http://www.azculture.az/zaqatala-rayon-tarix-diyarsunasliq-muzeyi/

Mərkəzi Kitabxana

Zaqatala rayon Mərkəzi kitabxanası 1923-cü ildə yaradılmışdır. Rayon Mərkəzi kitabxanası Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyır. Bütün Azərbaycanda olduğu kimi Zaqatala rayonunda da 1974 - cü ildə kitabxana - informasiya şəbəkəsinin mərkəzləşdirilməsi işi həyata keçirildi. 79 kitabxana filialı və 1 rayon Mərkəzi kitabxanası birləşdirilərək vahid rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradıldı. Rayon Mərkəzi kitabxanasının kitab fondu 492 min 46 nüsxə, oxucularının sayı 30 min 443 nəfər, kitab verilişi 408 min 910 nüsxə təşkil edir.

zagatala.cls.az: http://zagatala.cls.az/contact

Facebook: https://www.facebook.com/1610022255929794/posts/zaqatala-rayon-m%C9%99rk%C9%99zi-kitabxanas%C4%B1-1923-c%C3%BC-ild%C9%99-yarad%C4%B1lm%C4%B1%C5%9Fd%C4%B1r-rayon-m%C9%99rk%C9%99zi-kita/1610080965923923/

Heydər Əliyev parkı

Zaqatala şəhərinin Qala düzü ərazisində yerləşən və ulu öndər Heydər Əliyevin adını daşıyan park 1947-ci ildə salınmış, 2006-cı ildə Dövlət Neft Şirkətinin vəsaiti və daxili imkanlar hesabına yenidən qurma və abadlıq işləri aparılmışdır. Parkın mərkəzi hissəsində Ulu Öndər Heydər Əliyevin əzəmətli abidə kompleksi ucaldılmışdır. Ərazisi 13 hektar olan parkda 27 növdən çoxağac, dekorativ gül kolları əkilmiş, biri musiqili olan iki fəvvarə, karusellər quraşdırılmışdır. Parkın ərazisində Heydər Əliyev muzeyi və müasir üslub da obyektlər yerləşir. Girişdə geniş ala qapı tikilmişdir. 2010-cu ildə Heydər Əliyev parkında abadlıq işləri görülmüşdür. Burada yeni oturacaqlar quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmış, fəvvarələr yenidən qurulmuş, yaşıllıq zolağı genişləndirilmişdir.

Dövlət Rəsm Qalereyası

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar ve iç mekan

Zaqatala rayon Dövlət Rəsm Qalereyası 1989-cu ildən fəaliyyət göstərir. Qalereya 2009-cu ildən Zaqatala Tarix – Mədəniyyət qoruğunun ərazisində yerləşir. Binanın ümumi sahəsi 418 kv.m, ekspozisiya zalının sahəsi 198 kv.m, fond saxlama sahəsi isə 21 kv.m -dir. Qalereyanın ekspozisiya zalında müntəzəm olaraq 65 rəsm əsəri, məktəblilərin əl işləri nümayiş etdirilir. Daimi fondda olan 128 əsərlə yanaşı rayon rəssamlarının əl işləri, rəsm əsərləri əlamətdar günlər, bayramlar zamanı səyyar şəkildə sərgilər vasitəsilə şəhərin park və meydanlarında nümayiş olunur. Daimi fondda olan 128 əsərlə yanaşı rayon rəssamlarının əl işləri, rəsm əsərləri əlamətdar günlər, bayramlar zamanı səyyar şəkildə sərgilər vasitəsilə şəhərin park və meydanlarında nümayiş olunur. Qalereyada Azərbacanın məşhur rəssamlarından M.Rəhmanzadə, S.Haqverdiyev, R.Mehdiyev, O.Sadıqzadə, A.Hüseynov, T.Ağababayev, K.Nəcəfzadənin və başqalarının əsərləri, həmçinin Azərbaycanın şair və yazıçılarının portretləri var.

azculture.az: http://www.azculture.az/zaqatala-rayon-dovl-t-r-sm-qalereyasi/

Facebook : https://www.facebook.com/Qalery/

Şahmat idman gənclər mətəbi

Şahmat idman gənclər mətəbi əsaslı təmir olunmuş binada yerləşir. 5 məşq otağı, 1 yarış zalı vardır. Hər cür texniki avadanlıqla təmin olunub. 3 il yeniyetmələrin şahmat üzrə respublika olimpiadası Zaqatala rayonunda keçirilib.

Turizm İnformasiya Mərkəzi

Zaqatala Turizm İnformasiya Mərkəzi 2009-cu ilin may ayından fəaliyyət göstərir. Mərkəzin fəaliyyətinin əsas məqsədi regionda yerləşən mənzərəli, eyni zamanda qədim tarixi abidələri ilə zəngin olan Zaqatala haqqında xarici, yerli turistlərə məlumat vermək, əyani vəsaitlər hazırlayaraq ziyarətçiləri bu regionla yaxından tanış etməkdən ibarətdir. Eyni zamanda Mərkəz iş planına uyğun olaraq rayonun turizm potensialının artmasına maraq göstərən dövlət strukturları ilə əlaqələrin qurulması ilə bağlı təşkil olunan tədbirlərdə iştirakını, və eləcədə yerli və beynəlxalq tədbirlərdə iştirakını, rayona daxil olan turistlərin statistik sayının əldə olunmasını, Müraciət edən turistlərin rəy sorğularını öyrənməsi, onların yerləşmə və digər sahələrlə bağlı fikirlərini analiz edilməsini, rayonumuzun tarixi və istirahət yerlərini əks etdirən bukletlərin hazırlanmasını, bukletlərin yerli və əcnəbi turistlərə paylanılmasını həyata keçirir

Facebook : https://www.facebook.com/pages/category/Tour-Agency/Az%C9%99rbaycan-Respublikas%C4%B1-Zaqatala-Rayon-M%C9%99d%C9%99niyy%C9%99t-v%C9%99-Turizm-%C5%9F%C3%B6b%C9%99si-1698085337070189/