Kitabxana

Azərbaycan irsinin tədqiqi və təbliği, Heydər Əliyev məfkurəsinin ictimaiyyətə çatdırılması üçün Mərkəzdə elektron kitabxana fəaliyyət göstərir ki, bu kitabxana tam şəkildə kompüterlərlə təchiz olunmuşdur. Burada mövcud olan kitabların böyük əksəriyyəti siyasi məzmunlu olmaqla, ulu öndər Heydər Əliyevin irsinin tədqiqi istiqamətində araşdırma etmək istəyən hər kəs üçün geniş miqyaslı ədəbiyyat mövcuddur. Ölkəmizdə yürüdülən hər tərəfli siyasətin məntiqli sonluğu kimi Mərkəzin işinin operativ şəkildə qurulması məqsədilə cənab nazir Əbülfəs Qarayevin əmrinə əsasən Zaqatala şəhər 2 saylı kitabxana filialı burada yerləşdirilmişdir. Kitabxana Mərkəzin iş fəaliyyətində yaxından iştirak edir. Kitabxananın ümumi fondu 5927qədərdir. Mövcud kitabların əsas tərkibi ulu öndər Heydər Əliyevlə bağlı siyasi ədəbiyyatdır.

Mərkəzin nəzdində fəaliyyət göstərən kitabxanada rayon əhəmiyyətli tədbirlərin təşkilində və tarixi əlamətdar günlərin ildönümləri və anım günləri ilə əlaqədar kitab sərgiləri təşkil edilir. Eyni zamanda azyaşlı oxucuları da diqqətdən kənar qoymayaraq onlar üçün əyləncəli bədii gecələr təşkil edilir.

Mərkəzin kitabxanası komputer ilə tam təchis olunmuşdur ki, bundan çox sayda oxucular istifadə edirlər.

Kitabxananın keçən il üzrə verliş sayı 3937 qədərdir.