Heydər Əliyev və Zaqatala

Heydər Əliyev və Zaqatala

Ulu öndər Heydər Əliyevin dövründən başlayan yüksək quruculuq və inkişaf xətti ölkəmizin hər bir qarışında özünü göstərdiyi kimi rayonumuzda da xüsusi ilə hiss olunmuşdur. Ulu öndərin dövründə rayonda yerli əhəmiyyətli istehsal müəssisələri, zavodlar açılaraq istifadəyə verilmişdir.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə keçirilən bir sıra əhəmiyyətli qurultay və iclaslara rayonun ziyalıları dəvət almış və şəxsən onunla görüşmək imkanı əldə etmişlər.

Bundan başqa ulu öndər bir çox Zaqatalalının əməyini dəyərləndirərək onları müxtəlif orden və medallarla qiymətləndirmişdir.

Ulu öndərin ölkə rəhbəri işlədiyi dövrlərdə rayonumuzda kənd təsərrüfatının - xüsusilə baramaçılıq, çayçılıq, gülçülük sahələrinin inkişafına xüsusi diqqət yetirilmiş, inkişafına önəm verilmişdir. Heç təsədüfü deyildir ki, bu dövrlərdə rayonumuz sözü gedən məhsulların yığımına görə ön sıralarda olmuşdur. Adı ilk mexanizator qadın kimi tarixə düşən Sevil Qaziyevanın əməyinin qiymətləndirilməsi dahi liderin adı ilə bağlıdır. Beləki Heydər Əliyev Sevil Qazıyevaya “Sovet Sosialist Əməyi Qəhrəmanı” adının verilməsinə göstəriş vermişdir. Eyni zamanda “Şərəf nişanı” ordeni, “Pambıq ustası” medalı ilə təltif etmişdir.

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, fizika – riyaziyyat elmləri doktoru, professor Muxtarov Abdulla İbrahim oğlu 23 dekabr 1998-ci il tarixində Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Mehdiyev Murad Fikrət oğlu 2002 – ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, prezident təqaüdü ilə təhsil alıb.

24 iyun 1998-ci ildə Qarabağ müharibəsi əlili İsayev Fikrət Əbdülqəni oğlu Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının konstitusiyasının dövlət qurluşunun müdafiəsi zamanı öz müqəddəs əsgəri xidməti borcunu şərəflə yerinə yetirdiyinə görə Hacıməmmədov Çingiz Hacıməmməd oğlu 6 oktyabr 1994-cü il tarixində Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

Eyni zamanda Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdikləri xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə kiçik çavuş Murtuzəliyev Zəfər Ramazan oğlu (ölümündən sonra) Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

Bu gün onun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətdə də dahi şəxsiyyətin siyasi xətti aydın görünür. Bu isə ölkəmizin hər tərəfli inkişafının dayanmadan irəlləməsinə səbəb olur.

Bütün bunların məntiqli sonluğu olaraq bu gün rayonda Ulu Öndərin adının yaşadılması istiqamətində əsaslı işlər görülür və mühüm nəaliyyətlər əldə edilir.

Rayonumuzda ulu öndərin adına istirahət parkı, prospekt və Mərkəz fəaliyyət göstərir. Heydər Əliyev adına istirahət parkında dahi liderin xatirə kompleksi yaradılmışdır.

Bu gün Mərkəzdə Ulu öndər irsinin tətqiqi və təbliği istiqamətində mühüm işlər görülür. Buna misal olaraq Mərkəzdə yaradılan “Tətqiqat qrupu”-nu misal göstərmək olar. Bu qrupda rayon ziyalılarının ulu öndərin rayonla bağlı işlərin üzə çıxarılmasın mühüm işlər görürlər.