Zaqatala rayon Heydər Əliyev Mərkəzinin muzey hissəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 280 eksponat mövcuddur. Bu eksponatlardan 68-i şəkil, 189-u kitab, 24-ü sənəddir. Şəkillər 5 stendən ibarət bölmələrdə yerləşdirilmişdir. Muzeydə sənədlərin nümayişi üçün dörd ədəd pramida vardır. Eyni zamanda burada kiçik kitab guşəsi mövcuddur ki, bu kitablar ulu öndər Heydər Əliyevin – “Müstəqilliyimiz əbədidir” çoxcildlikləri, dahi şəxsiyyətə ithaf olunmuş bir sıra kitablar, cənab prezident İlham Əliyevin – “İnkişaf məqsədimizdir” çox cildliyi yer alır.

I LÖVHƏ

Mən gənc yaşımdan xalqıma xidmət etmişəm.

Heydər Əliyev

Muzeydə yer alan birinci stenddə ulu öndər Heydər Əliyevin uşaqlıq dövründən başlayaraq tələbəlik illərini əhatə edən şəkillər yer alır.

II LÖVHƏ

Gərək biz tariximizi heç vaxt unutmayaq. Onun hər səhifəsinə hörmətlə ehtiramla yanaşaq.

Heydər Əliyev

İkinci stenddə mövcud olan şəkillərin əksəriyyəti Heydər Əliyevin SSRİ-də yüksək vəzifə tutduğu vaxt ictimaiyyət nümayəndələri ilə çəkilən fotolarıdır.

III bölmə

Tariximizin hər bir səhifəsi bizim üçün qiymətlidir.

Heydər Əliyev

Üçüncü stend ulu öndərin SSRİ-də hakim vəzifə tutduğu vaxt iştirak etdiyi mötəbər iclaslardan olan fotolarına həsr olunur.

IV bölmə

Doğma xalqıma və Vətənimə xidmət etməyi özümün ən şərəfli vəzifəsi hesab etmişəm.

Heydər Əliyev

Dördüncü stenddə Heydər Əliyevin ölkə prezidenti seçildiyi dövrdən etibarən ölkədə gördüyü yenidənqurmaya həsr edilmiş fotolar əks edilmişdir.

V LÖVHƏ

Mən çox şadam ki, Zaqatala çox dinamik inkişaf edir və hər şey burada yüksək səviyyədədir.

İlham Əliyev

Beşinci stenddə ölkə prezidenti cənab İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı çəkilən fotolar yer almışdır.