8 noyabr tarixində 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə III Tala kənd tam orta məktəbinin müəllim və şagird heyəti Zaqatala rayon Heydər Əliyev Mərkəzini ziyarət etmişlər

8 noyabr tarixində 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə III Tala kənd tam orta məktəbinin müəllim və şagird heyəti  Zaqatala rayon Heydər Əliyev Mərkəzini ziyarət etmişlər

8 noyabr tarixində III Tala Abdurrahman Qurbanov adına kənd tam orta məktəbinin müəllim və şagird heyəti 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə rayon Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Mərkəzin bələdçisi tərəfindən ziyarətçilərə Mərkəz haqqında məlumat verilməklə bərabər, bayrağımızın yenidən dalğalanmasında Ulu öndərin böyük gördüyü işlər barədə geniş məruzə edilmişdir. Mərkəzlə tanış olduqdan sonra həmin məktəbin 8 və 9 cu sinif şagirdləri Dövlət Bayrağımıza həsr olunmuş “Azərbaycan bayrağı” və “Vətən nədir?” adlı kompazisiya ilə çıxış etmişlər. Şagirdlər tərəfindən səsləndirilən şeirlərdə vətənə məhəbbət, bayrağa hörmət hissləri geniş şəkildə tərənnüm edilmişdir