Zaqatala rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-diyarşünaslıq Muzeyi ilə birgə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar görüş keçirilmişdir.

Zaqatala rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-diyarşünaslıq Muzeyi ilə birgə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar görüş keçirilmişdir.
Zaqatala rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-diyarşünaslıq Muzeyi ilə birgə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar görüş keçirilmişdir. Zoom platformasında keçirilən vebinarda Mərkəz və muzey əməkdaşları tərəfindən müxtəlif məruzələr səsləndirilmişdır. Məruzlərdə qeyd olunmuşdur ki, hər il 31 mart tarixi Azərbaycan Respublikasında və bütün dünya azərbaycanlıları tərəfindən xalqımızın soyqırımı günü kimi qeyd olunur. 1918-ci il mart-aprel tarixləri Bakı, Şamaxı, Quba, və digər ərazilərdə azərbaycanlıların Bakı Soveti və erməni silahlı dəstələri tərəfindən kütləvi şəkildə öldürülməsi, öz yurd-yuvalarından sürgün edilərək repressiyalara tuş gəlməsi kimi qanlı hadisələrlə yaddaşlara həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyət zəminində qətlə yetirilmiş, bu ərazilərdə yerləşən azərbaycanlılara məxsus evlər yandırılmış, məktəblər, xəstəxanalar, məscid və digər infrastruktur və mədəni abidələr məhv edilmişdir. 1918-ci ilin mart qırğınları “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınının davamı idi. Bu qanlı hadisələrə müstəqil Azərbaycan Respublikasının yaranmasından sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında adekvat siyasi qiymət verilmiş və həmin gün “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.