“Heydər Əliyevin təhsilimizə verdiyi dəyər” mövzusunda vebinar kecirilmisdir.

 “Heydər Əliyevin təhsilimizə verdiyi dəyər” mövzusunda vebinar kecirilmisdir.
11 noyabr 2020-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Yuxarı Çardaxlar və Uzunqamalar kənd tam orta məktəbi ilə birgə “Heydər Əliyevin təhsilimizə verdiyi dəyər” mövzusunda vebinar keçirilmişdir. Tədbirdə mərkəz əməkdaşları tərəfindən Heydər Əliyevin Azərbaycan təhsilində müstəsna roluna dair məruzələr səsləndirilmişdir. Daha sonra məktəb şagirdlərinin Ulu öndər Heydər Əliyevə dair ürək sözləri dinlənilmiş, Əliyev Tunar tərəfindən Azərbaycan ordusunun qələbəsinə dair şeir səsləndirilmişdir. Yekunda Uzunqazmalar tam orta məktəbinin direktoru Sədaqət Əsgərova çıxış edərək Heydər Əliyevin sayəsində Azərbaycan təhsilinin keçdiyi inkişaf yolundan, onun qayğısı ilə çoxsaylı azərbaycanlı tələbənin xaricdə təhsil alaraq mütəxəssis kimi formalaşaraq ölkəmizə xidmət etməsindən bəhs etdi.