"Qarabağ Azərbaycandır!" mövzusunda online konfrans

Bu gün 16. 11.2020-ci il tarixində Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığıyla regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Samux, Gəncə, Sumqayıt,Qaradağ,Quba, Şəki, Qəbələ, Balakən, Zaqatala, İsmayıllı, Oğuz, Neftçala, Siyəzən, Hacıqabul,Şirvan, Şamaxı, Şabran, Ucar,Yevlax, Beyləqan, Kürdəmir,Sabirabad, Zərdab, Bərdə, Ağdam,Lerik,Astara, Yardımlı, Cəlilabad,Ağstafa, Mingəçevir) birgə iştirakı ilə "Qarabağ Azərbaycandır!" mövzusunda online konfrans təşkil edildi. Tədbirin fəxri qonağı hərbi ekspert Ruslan İmamquliyev oldu.
Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz çıxışında hər kəsi salamladı və Qarabağın azad olunması münasibətilə təbrik etdi. O çıxışını Prezident İlham Əliyevin sözü ilə davam etdirərək bildirdi ki, biz bütün əldə olunmuş nəaliyyətlərimizi şanlı ordumuza borcluyuq. Çünki döyüş meydanında da vuruşan da onlardı, qələbəni qazanan da, bayrağımızı sancan da. Bütün hərbçilərimizə uğur şəhidlərimizə uca Tanrıdan rəhmət dilədiyini, Ruslan İmamquliyevə təklifimizi qəbul edərək vaxt ayırıb tədbirimizə qoşulduğu üçün minnətdarlığını bildirdi. ll Qarabağ yaxud Vətən savaşı adlandırdığımız 27 sentyabr 2020-ci il tarixdən başlayıb 10 noyabr 2020 çi il tarixində Azərbaycanin Qələbəsi ilə başa çatan müharibə ilə l Qarabağ savaşı arasındakı fərqlərdən və şanlı Azərbaycan ordusunun bu günkü gücündən müqayisəli şəkildə danışdı. Daha sonra söz videokonfransin qonağı olan hərbi ekspert Ruslan İmamquliyevə verildi. O, çıxışında özünü tədbir iştirakçılarına təqdim etdikdən sonra Azərbaycan xalqının ordu ilə bütöv olmasından bir yumruq kimi dövlətin ətrafında birləşməsindən, yalnız orduda müasir texnikanın deyil, ən yüksək zabitindən sıravi əsgərədək böyük ruh yüksəkliyinin olmasından danışdı. Buna bariz nümunə olaraq Şuşa şəhərinin ağır texnikasiz hərbçilərimizin yüksək döyüş bacarığını çəkdi. Cənab ali baş komandan cənab İlham Əliyevin yalnız döyüşdə deyil siyasi müstəvidə də uğurundan geniş bəhs etdi.
Daha sonra adları çəkilən Heydər Əliyev Mərkəzlərinin direktorları Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova,Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva,Qəbələ Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Məmmədova, Neftçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, İsmayıllı Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Gəncə Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova,Bərdə Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Yardımlı Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev,Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova həmçinin digər Mərkəz direktorları öz çıxışlarında ölkəmizin bu günkü qələbəsindən bəhs etdilər və onları maraqlandıran sualları hərbi ekspertə yönəltdilər. Ruslan İmamquliyev verilən bütün sualları tək-tək cavablandırdı və öz maraqlı təkliflərini irəli sürdü. Hərbi ekspertin çıxışları böyük maraqla dinlənildi.
Sonda Heydər Əliyev Mərkəzləri ailəsi olaraq xalqımıza xoş günlər arzulandi. Hər kəs öz çıxışında bu qələbəni qanı bahasına qazanan şəhidlərimizə rəhmət dilədi. Siyasi müstəvidə dövlətimizə bu qələbə sevincini xalqımıza bəxş edən prezident İlham Əliyevə uğur arzu edildi. Qarabağ Azərbaycandır!