1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzi “Uşaqalar bizim gələcəyimizdir” adlı aksiya həyata keçirilmişdir

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzi “Uşaqalar bizim gələcəyimizdir” adlı aksiya həyata keçirilmişdir

1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Bu gün, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Uşaqların problemlərinin həlli istiqamətində ölkəmizdə müxtəlif layihələr həyata keçirilir.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzi “Uşaqalar bizim gələcəyimizdir” adlı aksiya həyata keçirilmişdir. Mövcud pandemiya ilə əlaqədar karantin rejimi qaydalarına əməl olunması məqsədilə tədbirlərin keçirilməsi dayandırıldığından Heydər Əliyev Mərkəzi bu günü azyaşlıları sevindirərək qeyd etmişdir. Aksiya Mərkəz əməkdaşlarının rayonun mədəniyyət və istirahət parkında klonun iştirakı ilə azyaşlılara hədiyyə paylanması ilə başlanmışdır. Daha sonra əməkdaşlardan ibarət kiçik qrup bayram sovqatı ilə azyaşlıların olduğu imkansız ailələrin qonağı olmuşdur.