Şəki Regional Mədəniyyət İdarəsi və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin 28 May “Respublika Günü” münasibətilə elan etdiyi "Tarixin şanlı səhifəsi" adlı onlayn rəsm müsabiqəsi başa çatmışdır

Şəki Regional Mədəniyyət İdarəsi və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin 28 May “Respublika Günü” münasibətilə elan etdiyi "Tarixin şanlı səhifəsi" adlı onlayn rəsm müsabiqəsi başa çatmışdır

Şəki Regional Mədəniyyət İdarəsi və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin 28 May “Respublika Günü” münasibətilə elan etdiyi "Tarixin şanlı səhifəsi" adlı onlayn rəsm müsabiqəsi başa çatmışdır.
Müsabiqəyə qatılmaq istəyənlər üçün heç bir yaş məhdudiyyəti qoyulmamışdır. Göndərilən rəsm işləri Mərkəzin rəsm dərnəklərinin rəhbərləri tərəfindən dəyərləndirilərək, qaliblər iki müxtəlif yaş kateqoriyasında (5-13, 13-18), üç yer üzrə və həvəsləndirici mükafat üzrə müəyyən olunmuşdur. Qaliblərin müəliffi olduğu işlər Mərkəzin facebook və instagram sosial şəbəkə hesablarında elan olunaraq paylaşılmaqdadır.
Müsabiqə iştirakçılarının rəsmləri Mərkəzin fondunda saxlanılacaqdır. Müsabiqəyə qatılan hər bir iştirakçıya öz dərin təşəkkürümüzü bildiririk. Qaliblər hazırda mövcud olan karantin rejimi bitdikdən sonra Heydər Əliyev Mərkəzində təşkil olunmuş mükafatlandırma mərasimində fəxri fərman və hədiyyələrlə təltif olunacaqdır. “Tarixin şanlı səhifəsi” adlı rəsm müsabqiəsində qalib gələn iştirakıçlar aşağıdakılardır:
05 – 13 yaş aralığı üzrə qaliblər:
I – Gəncəyev Hacı
II – Hüseynli Mədinə
III – Bürcəliyeva Damla
13-18 yaş aralığında qaliblər:
I – Dəmirçiyeva Səbinə
II – Qurbanova İradə
III – Hacıyeva Xədicə
Həvəsləndirici yerlər:
Laçınov Ramazan
Laçınzadə Gülçin
İmadəddinli Fidan
Adamova İnci