Zaqatala rayon Heydər Əliyev Mərkəzində USAİD və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlığı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunan “ Sahibkarlığa və Məşğulluğa iqtisadi dəstək“ layihəsi çərçivəsində oktyabr ayından "Qadın Resurs Mərkəzi " fəaliyyətə başlayıb. Layihənin rəhbəri Gülarə Hümbətova, koordinatoru Tamella Mirzəyevadır. "Qadın Resurs Mərkəzinin" bü gün artıq 162 nəfər üzvü var. Zaqatala Qadın Resurs Mərkəzində müxtəlifyönümlü təlimlər təşkil olunur. Bu günə kimi cv yazma təlimi, maliyyə savadlığı təlimi, ailə büdcəsininin tənzimlənməsi təlimi, komputer təlimi, mühasibatlıq təlimi, layihə yazma təlimi təşkil olunub.