Dərnəklər

Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin, gənclərinin təhsilinə və müxtəlif bacarıqlarının üzə çıxarılmasına yardımçı dərnəklər vardır. Bu dərnəklər öz fəaliyyəti zamanı 10 -15 nəfər şagirdi qəbul edir. Dərnəklərin istedadlı şagirdləri mərkəzdə və rayonda keçirilən tədbirlərdə iştirak edir, onların əl işləri, rəsm əsərləri sərgilərdə nümayiş olunur. Dərnəklərdə şagirdlərə sözü gedən bəhslərin öyrədilməsi ilə yanaşı ulu öndərin ideologiyasının təbliği ilə bağlı mühüm işlər görülür. Mərkəzdə fəaliyyət göstərən dərnəklərə rəsm, rəqs, musiqi, xalçaçılıq, azərbaycan dili və ədəbiyyatı, ingilis dili, rus dili, riyaziyyat, dekorativ əl işlərinin hazırlanması, şagirdlərə məktəb proqramı çərçivəsində dərslərin öyrədilməsi dərnəklərini misal göstərmək olar

Rəsm dərnəyi

Rəsm dərnəyi Heydər Əliyev Mərkəzinin ən çox maraq göstərilən dərnəklərindən birincisidir. Bu dərnək fəaliyyəti zamanı hər yaşdan olan gəncləri qəbul edir. Dərnək üzvlərinin əsərləri rayon əhəmiyyətli sərgilərdə nümayiş olunmuş və onların əsərləri müxtəlif yerlər üzrə sertifikat və fəxri fərmanlarla layiq görülmüşdür. Bununla yanaşı dərnəkdə vaxtaşırı üzvlərin qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə ilə təlimlər və master classlar keçirilir.

Rəqs dərnəyi

Heydər Əliyev Mərkəzində fəaliyyətdə olan rəqs dərnəyi rayonun azyaşlılarından başlayaraq hər qrupdan olan inasanların xüsusi olaraq maraq göstərdiyi dərnəkdir. Dərnəkdə milli rəqslər, dünya xalqlarının rəqsləri, hip-hop və s. rəqs növləri öyrədilir. Rəqslər fərdi və kollektiv formada keçirilir. Dərnək üzvləri rayonda keçirilən tədbirlərdə öz bacarıqlarını nümayiş etdirirlər.

Xalçaçılıq dərnəyi

Xalçaçılıq dərnəyində Azərbaycanın xalq tətbiqi sənətinin inkişaf etdirilməsi məqsədilə dərslər keçirilir ki, burada şagirdlər ölkəmizin maddi mənəvi irsinin incəliklərini yaxından öyrənirlər. Onlar öyrəndikləri bilikləri öz əl işlərinə tətbiq edirlər. Şagirdlər tərəfindən hazırlanan kiçik xalça nümunələri sərgilərdə nümayiş edilir.

Gitara dərnəyi

Mərkəzdə fəaliyyət göstərən gitara dərnəyində şagirdlərə alətdə sərbəst ifa etməyi öyrədirlər.

Heykəltəraşlıq dərnəyi

Heykəltəraşlıq dərnəyi otağında vaxtaşırı təlimlər keçirilir.