Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Ermənistanın ölkəmizə təcavüzü nəticəsində ölkəmiz əvəzsiz itkilər vermişdir. Tamamilə aydındır ki, Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistan Respublikasının ona qarşı ərazi iddiası səbəbindən yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsidir. Buna görə də dövlətin apardığı xarici siyasət məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması məsələsinə xüsusi diqqət yetirməkdədir.

Məlum həqiqətdir ki, bugünkü Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Sonralar isə sovet dövründə əzəli Azərbaycan torpaqları hesabına orada əsrlər boyu yaşamış azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması yolu ilə indiki Ermənistan Respublikasının sələfi olan Ermənistan SSR yaradılmış və Azərbaycan SSR-in tərkibində onun Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunmuşdur.

1987-ci ilin axırlarından o vaxt üçün son olaraq Ermənistan SSR-də qalan 250 minə qədər Azərbaycan əhalisinin planlaşdırılmış qovulmasının başlanması ilə Ermənistan-Azərbaycan münaqişəsinin müasir mərhələsinə təkan verilmişdir. 1988-ci ilin 20 fevral tarixində isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Şurasının sessiyasında erməni nümayəndələrinin qəbul etdiyi "DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət haqqında" qərarı və 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Sovetinin indiyəcən ləğv edilməmiş "Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında" qətnaməsi qəbul edilmişdir. DQMV Vilayət Şurasının erməni nümayəndələri və Ermənistan SSR-in atdığı bu addımlar bütün qanun çərçivələrinin birmənalı və kobud şəkildə pozulması deməkdir və nə onların qəbul edilməsi zamanı mövcud olmuş SSRİ Konstitusiyası, nə də hər hansı beynəlxalq normasına uyğun gəlir. Bu qərarlar yalnız və yalnız erməni tərəfinin təcavüzü hüquqi baxımdan rəsmiləşdirmək cəhdləri kimi qiymətləndirilməlidir. Belə qanunsuz davranışa cavab olaraq, Azərbaycan Respublikası tamamilə əsaslandırılmış şəkildə öz suveren hüququndan istifadə edərək, 26 noyabr 1991-ci il tarixində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" qanun qəbul etmişdir.

1992-1994-cü illərdə daha da gərginləşən hazırkı Ermənistan-Azərbaycan münaqişəsi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi təcavüzü formasını almışdır. Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş işğalı xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin bəşəriyyətə qarşı cinayətlərinin qara siyahısına daxil olmuşdur ki, orada qoca, qadın və uşaq da daxil olmaqla, 613 dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir.

Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdən birini təşkil edən Şuşa, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları bütövlükdə, Ağdamın rayon mərkəzi daxil olmaqla əksər hissəsi, Füzulinin rayon mərkəzi daxil olmaqla bir qismi və keçmiş DQMV-nin payına düşən indiki Tərtər rayonunun bir hissəsini həmin ərazilərdə yerləşən 890 yaşayış məntəqəsilə birlikdə işğal edərək, oradakı bütün Azərbaycan əhalisini doğma yurd-yuvasından didərgin salmışdır. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, təqribən 20 min nəfər həlak olmuş, 50 min yaralanmış, yaxud əlil olmuş, 5 min itkin düşmüş, Azərbaycanın Naxçıvan diyarı isə Ermənistan Respublikası tərəfindən tətbiq edilmiş blokadaya məruz qalmışdır.

1994-cü il mayın 12-dən Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri arasında atəşkəs rejimi əldə olunmuşdur.

Bütün bu baş verənlərə biganə qala bilməyən Zaqatalanın igid oğulları müharibədə yaxından iştirak etmişlər.

Şəhidlik zirvəsinə yüksələn iki nəfər Milli Qəhrəman zirvəsinə yüksəlmişdir. Bunlar Məmmədov Natiq Bəşir oğlu və Əmirov Faiq İsfəndiyar oğludur.

2016-cı il Aprel döyüşləri zamanı Zaqatala rayonundan iki nəfər Nurayev Rəvan İsmayıl oğlu və Bayramov Sərxan Oqtay oğlu şəhidlik zirvəsinə yüksəlmişdir.

Məmmədov Vətən Qurban oğlu - 2003 - cü ildə hərbi xidmətə çağrılıb. "N" saylı hərbi hissədə xidmət edib. 2004-cü il 30 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Heç bir müharibə itkisiz olmadığı kimi Qarabağ münaqişəsində də Zaqatala saysız hesabsız şücaətli oğullarını itirmişdir.

1. Abakarov Mais Bəkir oğlu

2. Əliyev Qismət Humay oğlu

3. Abdullayev Əhməd Abdulla oğlu

4. Əliyev Nüsrət Abdulla oğlu

5. Abdullayev Rüstəm Bəxtiyar oğlu

6. Əliyev Teymur Bəlyar oğlu

7. Adamov Məhəmməd Həbibullah oğlu

8. Əliyev Yahya Şaban oğlu

9. Əsgərov Məhərrəm Məhəmmədoğlu

10. Ağalarov İlqar Əli oğlu

11. Ağalarov Şaban İsmayıl oğlu

12. Fallayev Asif Şərif oğlu

13. Ağasıyev Vüqar Vaqif oğlu

14. Feyziyev Elman Osman oğlu

15. Ağayev Eldar Süleyman oğlu

16. Hacımuradov Qurban Yusif oğlu

17. Aslanov Nazaf Zamayıl oğlu

18. Hacıyev Adil Nəcməddin oğlu

19. Babasiyev Aslan Mustafa oğlu

20. Hacıyev Etibar Mahmud oğlu

21. Babayev Aydın İslam oğlu

22. Hacıyev Kamran İsa oğlu

23. Babuşov Akif Damad oğlu

24. Hacıyev Sahib Bəhram oğlu

25. Babuşov Fikrət Murtuz oğlu

26. Heydərov Mehman Cəlal oğlu

27. Baharov Qüdrət Əsabəli oğlu

28. Həbilov Heydər Mizamuddin oğlu

29. Balayev Məcid Rüfət oğlu

30. Həmidov Anar Ramiz oğlu

31. Bayraməliyev Rafiq

32. Həmzəyev Adil Didey oğlu

33. Qurban İsmayıl oğlu

34. Həsənxanov Oruc Ramazan oğlu

35. Bayramov Vüqar Oruc oğlu

36. Həsənov Elman Aybi oğlu

37. Buraqov Məhəmməd Yusif oğlu

38. Həsənov Mömin Ömər oğlu

39. Cavadov Ələddin Cavad oğlu

40. Hüseynov Cavid Ömər oğlu

41. Cumayev Cuma Uveyis oğlu

42. Hüseynov Nizami Oruc oğlu

43. Davudov Azad Əli oğlu

44. Xəlilov Ramiz Mollaəli oğlu

45. Eminov Abdulla Həşim oğlu

46. İbiyev İbrahim Abdulrəhman oğlu

47. Eminov Mollamuhma Şamil oğlu

48. İbrahimov Bəhman Qədir oğlu

49. Əfəndiyev Elşən Əhməd oğlu

50. İbrahimov Vahid Məmmədnəsir oğlu

51. Əhmədov Aydın İbrahimxəlil oğlu

52. Əhmədov İlham Mahmud oğlu

53. İsayev Bayram Abdulla oğlu

54. Əhmədov Səlim Nurməhəmməd oğlu

55. İsayev Şəmsəddin Abid oğlu

56. İsmayılov Vaqif Mehdi oğlu

57. Əlimov Rafiq Rəcəb oğlu

58. Kərimov İlham Məmməd oğlu

59. Əliyev Əsgər Didey oğlu

60. Kərimov Qabil Mahmud oğlu

61. Kərimov Oruc Rizvan oğlu

62. Mustafayev Çingiz Beydulla oğlu

63. Kərimov Sərdar Məhəddin oğlu

64. Mütəllibov Afər Zakir oğlu

65. Qallayev Zahid Feyzulla oğlu

66. Osmanov Azər Zubahir oğlu

67. Qaralov Həmzət Verdi oğlu

68. Osmanov Elman Məcid oğlu

69. Qarəhmədov Xəlil Hacıməhəmməd oğlu

70. Ömərov Rizvan Mollamohma oğlu

71. Ramazanov Arif İsmayıl oğlu

72. Qazıyev Məlik Osman oğlu

73. Ramazanov Məmməd Ramazan oğlu

74. Qədirov Akif Qədir oğlu

75. Qədirov Nazim Qədir oğlu

76. Ramazanov Rövşən Ramazan oğlu

77. Qocayev Qoca Məhəmməd oğlu

78. Rəcəbov Əfqan Hacıməhəmməd oğlu

79. Qurbanov Abdulrəhman Əmrullah oğlu

80. Rəcəbova Firəngiz Rəcəb qızı

81. Qurbanov Asif Arif oğlu

82. Rəcəbova Sədaqət Abbəkir qızı

83. Qurbanov Barat Bəxtiyar oğlu

84. Rəsulov Akif Məmməd oğlu

85. Qurbanov Vasif İbadulla oğlu

86. Rəsulov Oruc İsgəndər oğlu

87. Makarov Məmməd Tacəddin oğlu

88. Saatov Vasif Ümidvar oğlu

89. Mamqayev Faiq İslam oğlu

90. Sadıqov Ümid Pənah oğlu

91. Mehtiyev Abdulhəmid Yusif oğlu

92. Səfərov Bayram Surxay oğlu

93. Məhərrəmov Elman İbrahim oğlu

94. Səmədov Cövdət Cavad oğlu

95. Məhərrəmov Qəhrəman Ramazan oğlu

96. Surxayev Fərman Əmrullah oğlu

97. Surxayev Hacımurad Saleh oğlu

98. Məmmədov İsgəndər İbrahim oğlu

99. Süleymanov Ramazan Süleyman oğlu

100. Məmmədov Mais İsgəndər oğlu

101. Məmmədov Natiq Bəşir oğlu

102. Şabanov Arif Nəsrullah oğlu

103. Məmmədov Süleyman Məhəmməd oğlu

104. Şabanov Cavad Kamal oğlu

105. Şabanov Ələsgər Mustafa oğlu

106. Məmmədov Şaiq Müheyid oğlu

107. Şabanov Nurəddin Soltan oğlu

108. Məmmədov Taleh Abdulla oğlu

109. Şabanov Ramiz Rəcəb oğlu

110. Məmmədov Valeh Abdulla oğlu

111. Şabanov Şaban Cabbar oğlu

112. Mollaçıyev Ziyad Məmmədəmin oğlu

113. Şahmalıyev Camaləddin Musa oğlu

114. Mollayev Nemət Mehralı oğlu

115. Tahirov Soltan Mahmud oğlu

116. Muradov Arzu Vələddin oğlu

117. Yunusov Qabil Yunis oğlu

118. Muradov Fazil Rəşid oğlu

119. Yunusov Telman Cuma oğlu

120. Muradov İlqar Əmrullah oğlu

121. Yunusov Teymur Maqsud oğlu

122. Muradov Ramazan Abdulla oğlu

123. Yusifov Gündüz Cavad oğlu

124. Murtuzəliyev Zəfər Ramazan oğlu

125. Yusifov Yaqub Abdurahman oğlu

126. Murtuzov Zakir Abdulsalam oğlu

127. Zaxarov Beybulad Ərəb oğlu

128. Musayev Akif Yəhya oğlu

129. Zülfüqarov İntiqam Qədir oğlu

130. Musayev Nail Şərafəddin oğlu