Mərkəzin binası

Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci il noyabr ayının 4-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılmışdır.

Heydər Əliyev Mərkəzin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb.

Ərazisi: 0,92 hektardır.

Binanın ümumi sahəsi: 2765 kv metrdir.

Mərkəz ümumilikdə 2 mərtəbə və müxtəlif təyinatlı bölmələrin fəaliyyət göstərdiyi otaqlardan ibarətdir.

Binanın birinci mərtəbəsində:

Sahəsi 424 kvm olan 350 yerlik Akt zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Sahəsi 78 kvm olan kino zalı, 104 kvm sahəyə malik olan kafe, 17 kvm sahəyə malik mətbəx, 45 kvm sahəsi olan kulinariya otağı, 45 kvm sahəsi olan kulinariya otağı, Rəsm otağı ( 46 kvm), heykəltəraşlıq studiyası (37 kvm), poliqrafiya emalatxanası ( 46 kvm), milli rəqs studiyası ( 69,3 kvm), direktor otağı ( 36,9 kvm), müəllimlər otağı (46, 3 kvm), anbar otağı, təsərrüfat otağı vardır.

Binanın ikinci mərtəbəsində:

Sahəsi 148,6 kvm olan kiçik konfrans zalı (dairəvi zal), kitabxana (53,1 kvm ), internet kitabxana (33,5kvm), ədəbiyyat dərnəyi (33,0 kvm), komputer dərnəyi (30,0 kvm), xarici dil dərnəyi ( 46,3 kvm), foto studiya ( 36,4 kvm), dizayn studiyası ( 36,9 kvm), xalq sənətkarlıq studiyası (45,7 kvm), virtual sinif otağı ( 36, 9 kvm), intellektual oyun otağı (46, 3 kvm) digər təsərrüfat otaqları vardır.