30 mart 2021-ci Yevlax şəhər Heydər Əliyev Mərkəzinin , Dini Qurumlarla iş üzrə dövlət komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və YAP – ın Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

30 mart 2021-ci Yevlax şəhər Heydər Əliyev Mərkəzinin , Dini Qurumlarla  iş üzrə dövlət komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və YAP – ın Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

30 mart 2021-ci Yevlax şəhər Heydər Əliyev Mərkəzinin, Dini Qurumlarla iş üzrə dövlət komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və YAP – ın Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Fərid Vaqifli, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, Yevlax şəhər Heydər Əliyev mərkəzinin direktoru Aygün Qasımova, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşları və gənclər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Fərid Vaqifli XIX əsrdən başlayaraq ermənilərin Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərin həyata keçirmək və tarixi torpaqlarımız hesabına “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq dəhşətli soyqırımı cinayətləri həyata keçirdiyini və 31 mart soyqırımıda bunun bariz nümunəsi olduğunu bildirmişdir. Fərid Vaqifli 1918-ci ilin mart qırğınları zamanı ermənilər tərəfindən Bakıda və bölgələrdə on minlərlə azərbaycanlının həyatına son qoyulduğunu, qocaların, qadınların və uşaqların amansızcasına qətlə yetirildiyini, qədim tarixi abidələrin məhv edildiyini qeyd etmişdir. Fərid Vaqifli 31 mart hadisələrinə hüquqi qiymətin məhz 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən verildiyini və həmin tarixdən 31 Mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunmağa başladındığını vurğulamışdır. Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan ,Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətindən danışaraq bildirmişdir ki, mart soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Çıxış edən Yevlax şəhər Heydər Əliyev mərkəzinin direktoru Aygün Qasımova “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğınının 1905-1907-ci illərə təsadüf etdiyini qeyd etmişdir. Aygün Qasımova həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirildiyini bildirmişdir. Aygün Qasımova 1918-ci ilin 31-martın da Bakı şəhərində Bakı Sovetinin 6 min silahlı əsgərinin, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsinin iştirakı ilə azərbaycanlıların kütləvi qırğınının başladığını və bu qanlı hadisələr zamanı azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edildiyini, uşaqdan böyüyədək hər kəsin qətlə yetirildiyini diqqətə çatdırmışdır. Tədbirdə çıxış edənlər DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Əlisa Fərəcov, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı da öz növbəsində tarixin müxtəlif zamanlarında xalqımızın başına gətirilmiş bu dəhşətli müsibətlərin tarix var olduqca unudulmayacağını və gələcək nəsillərədə bu tarixin ötürüləcəyini bildirmişlər. Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 30.03.2021