“Heydər Əliyev ideyaları yaşayır və zəfər çalır” - adlı tədbir

“Heydər Əliyev ideyaları yaşayır və zəfər çalır” - adlı tədbir

03 dekabr 2020- ci il tarixdə Qazax, Ağstafa və Yevlax Heydər Əliyev Mərkəzlərinin və Cəbrayıl Tarix- Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları yaşayır və zəfər çalır” mövzusunda videokonfrans keçirilmişdir. Videokonfransı Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açmış və möhtəşəm qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik etmiş və bildirmişdir ki, Böyük dövlət xadimi İlham Əliyevin apardığı uğurlu, düşünülmüş islahatlar sayəsində Azərbaycan iqtisadiyyatı, siyasəti sürətlə inkişaf edir.Xarici siyasət kursunda son dövrlərdəki addımlar ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirmişdir. Biz buna cəmiyyətin hər sahəsində şahid oluruq. 44 günlük Vətən müharibəsində düşmən üzərində möhtəşəm qələbəmiz də məhz cənab Ali Baş Komandan İlham Əliyev və onun rəşadətli ordusunun əzmi, qətiyyətinin nəticəsi oldu. Videokonfransda Cəbrayıl Tarix- Diyarşünaslıq Muzeyinin əməkdaşı Aytən xanım, Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova çıxış etmiş və bildirmişdirlər ki, Heydər Əliyev hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük Azərbaycanlıdır.Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə çevirib.Heydər Əliyev irsinin davamçısı, onun siyasi irsinin birbaşa varisi Prezident İlham Əliyev bu gün şərəf və qürurla rəhbərlik edərək siyasi arenada dövlətimizi öncüllər sırasına apardığı kimi, möhtəşəm zəfər çalan sərkərdə kimi düşmən üzərində qələbə çaldı. 30 ilə yaxın işğalda inildəyən tarixi Azərbaycan torpaqlarını erməni vandalılardan azad edərək, hər qarışında Azərbaycanın şanlı üçrəngli bayrağını dalğalandırdı.