Yaxın mədəniyyət müəssisələri

Heydər Əliyev Xiyabanı

Heydər Əliyev Mərkəzi Heydər Əliyev Xiyabanında yerləşir. Ümumi sahəsi 3 hektar olan xiyabanda 27 növdə 36 min ədəd muxtəlif ağac və gül kolları əkilmişdir. Çin texnoloqiyası əsasında quraşdırılmış, 240 ton su tutumu olan musiqili fəvvarə xiyabana xususi gözəllik verir. Fəvvarə işə düşərkən ulu öndərin həyat və fəaliyətini əks etdirən sənədli filmlər və şəkillər nümaiş olunur (suyun içərisində görünür). Həmcinin xiyabanda şəhərin mədəni kütləvi tədbirlərinin keçirilməsi məqsədi ilə 1035 yerlik açıq yay klubu da yerləşir.

Tarix-Diyarşünaslıq Muzeyi

Yevlax Tarix-Diyarşünaslıq Muzeyi 2007-ci idə fəaliyyətə başlayıb. Sahəsi 450 kv. m., həyatyanı sahəsi 1 hektardır. Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan tarixinin müəyyən dövrlərini, həmçinin Yevlaxın ümumi tarixini özündə əks etdirən, 24 bölmədə 3000-ə yaxın eksponat nümaiş olunur. Muzeydə nümaiş olunan eksponatlar içərisində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi zamanı rayon ərazisindən tapılan küp qəbirlər (e.ə III-IV əsrə aid) tamaşaçılar (turistlər) tərəfindən maraqla qarşılanır.