Yevlax şəhər Heydər Əliyev Muzeyi 2005-ci il fevralın 1-də istifadəyə verilibdir. Muzey 8 bölmədən ibarətdir.

Muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə əks etdirən fotolar, tarixi sənədlər, kitablar nümaiş olunur. Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotolar maraqla qarşılanır. Bu fotolarda ulu öndərin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif dövrləri əks olunub. Bundan başqa, Mərkəzdə Ümummilli Liderlə bağlı disklər, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Heydər Əliyevin uğurlu həyat yolunu əks etdirən ekspozisiya zalı 114 fotostend, 20 vitrinindən və 1 büstdən ibarətdir.

BİRİNCİ BÖLMƏ

Azərbaycan tarixi bəşər tarixinə böyük dəyərli,dahi simalar bəxş etmişdir.

Heydər Əliyev

1-ci bölmə.Ulu öndərin doğulub boya-başa çatdığı qədim Naxçıvan şəhəri ,valideynləri ,təhsil aldığı məktəb ,pedeqoji texnikumdakı dostları haqqda məlumat verilir.O,pedeqoji texnikomu əla qiymətlərlə bitirmişdir və buda onun pedeqoji texnikomda aldığı atestatı. Ona görə də texnikomda oxuduğu illərdə həmyaşıdlıları onu General ləqəbi ilə çağırırdılar.

Bu bölməyə Ulu öndərin bu fikri verilmişdir.

Azərbaycan bəşər tarixinə böyük,dəyərli,dahi simalar bəxş etmişdir. Belə şəxsiyyətlərdən biri də Ulu Öndərin özüdür. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur.

İKİNCİ BÖLMƏ

Həyatın mənası bu həyatda yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət

göstərmək və başqaları üçün nümunə olmaqdır.

Heydər Əliyev

2-ci bölmə. Heydər Əliyevin fəaliyyətinin 25 ilini sərf etdiyi Dövlət Təhlükəsizlik orqanlarındakı işi ilə bağlıdır.1939-cu ildə Azərbaycan Sənaye Universitetinin (İndiki Neft Akademiyası) memarlıq fakultəsinə qəbul olmuş və 1941-ci ildə müharibə başladığı üçün təhsilini yarımçıq qoyaraq Naxçıvana gəlir və Xalq komisarlar Sovetində şöbə müdiri işlədi.1944-cü ildə Naxçıvan vilayət komitəsi Dövlət Təhlükəsizlik Orqanlarına işə göndərilir və Leninqradda xüsusi təhsil almışdır. İşlədiyi dövrlər də Ulu öndər Leytenant rütbəsindən General – Mayor rütbəsinə qədər yüksəlmişdir.

ÜÇÜNCÜ BÖLMƏ

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Heydər Əliyev

3-cü bölmə.1969-cu ilin iyulunda 14-də Azərbaycanın rəhbəri olmuşdur. Bu dövrdən etibarən Azerbaycanda elm,təhsil,iqtisadiyyat sənaye və digər sahələr inkişaf etdirilir.Həmçinin 1969-cu ilin noyabrında BDU -nun 50- illik yubileyində H.Əliyev Azərbaycanın rəsmi həyatında doğma dildə danışmaq ənənəsinin əsasını qoydu və bunu hər bir vətəndaşdan tələb etdi. 1969-82 ci illərdə Azərbaycanda bir sözlə intibah dövrü oldu.

DÖRDÜNCÜ BÖLMƏ

İnsan üçün öz xalqına xidmət etmək, xalqa xeyir verməkdən, onun hörmət və

məhəbbətini qazanmaqdan böyük xoşbəxtlik ola bilməz.

Heydər Əliyev

4-cü bölmə:1969-82 illəri əhatə edir.Həmin illərdə respublikanın şəhər və rayonlarında böyük quruculuq və abadlıq işləri görülürdü.Azərbaycanın intibahının şərtləndirən mühüm amillərdən olan təhsilin ,elm və mədəniyyətin yüksəlişinə xüsusi diqqət yetirilirdi.Ulu Öndər Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin respublika və ittifaq səviyyəsində qeyd edilməsində ,onların əzəmətli abidələrinin ucaldılmasında ,şairlərimizin ev muzeylərinin açılışında iştirak etmişdir. Cəmşid Naxçıvanski adına hərbi lisey 1971-ci ildə onun təşəbbüsü ilə yaradılıb.Bu da Ulu öndərin uzaq görənliyinin nəticəsidirki, hərbi kadrlar Azərbaycanda yetişsin. Heydər Əliyev savadlı gənclərədə dəyər verirdi. Onlar respublikadan kənarda ali məktəblərə qəbul olub təhsil alırdılar.Ümumilli lider Moskva ali sovetinin 1-ci müavini seçilmişdir. Ulu Öndər 20 il ərzində SSRİ Sovetinin Deputatı, 5 il isə Ali Sovetinin sədrinin müavini olmuşdur. H.Əliyev Moskvada işlədiyi vaxtlarda da həmişə Azərbaycanı düşünmüş və hər zaman Azərbaycan xalqının qayğısına qalmışdır. Bu bölmə bu fikir ilə də tamamlanır. “İnsan üçün öz xalqına xidmət etmək xalqa xeyir verməkdən ,onun hörmət və məhəbbətini qazanmaqdan böyük xoşbəxtlik ola bilməz”

BEŞİNCİ BÖLMƏ

Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir.

Heydər Əliyev

5- ci bölmə.Heydər Əliyevin həyatının ən çətin dövrünü əks etdirir.1990-cı ildə 20 yanvar hadisələri ilə bağlı H.Əliyev Moskvada Azərbaycanlıları toplayaraq etiraz səsini ucaltdı və doğma vətəninə qayıtdı.Bir müddət Bakıda sonra isə Naxçıvanda qalır və Naxçıvanda Ali Məclisin sədri vəzifəsində işləmişdir. Artıq həmin dövrlərdə hakimiyyət uğrunda mübarizə gedirdi. Bütün bunlara xalq dözməyib,H.Əliyevin hakimiyyətə gəlməsini tələb edirlər.1993-cü ildə xalqın səsverməsi nəticəsində müstəqil Azərbaycan Respublikasının prezindenti seçilmişdir.

O dövrdən ölkənin hər bir sahədə beynəlxalq əlaqələrdə də dönüş ili oldu. Ümumilli lider atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələrə əl atdı. 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzaladı. 1994-cü ilin sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi “-nin imzalanması ilə H.Əliyev neft strategiyasının təməlini qoydu. İndiyədək 30-dan çox xarici şirkətin iştirakı ilə 25 müqavilə imzalanmışdır. H.Əliyev yeni neft strategiyasını əfsanədən reallığa çevirən Bakı Tiblisi Ceyhan əsas ixrac boru kəmərinin layihəsini həyata keçirildi.Ulu öndər xalqa bağlılığını daha bir göstəricisi represiya qurbanı olan Hüseyn Cavidin məzarını uzaq Sibirdən gətirib doğma Naxçıvanda torpağa tapşırması, 1982-ci ildə onun adına layiq məqbərənin tikilməsi 1996-ci ildə Məqbərənin açılışında iştiraki.

ALTINCI BÖLMƏ

Heç bir ölkə beynəlxalq əməkdaşlıq olmadan iqtisadi tərrəqiyə nail ola bilməz.

Heydər Əliyev

6-cı bölmə:Ulu Öndərin beynəlxaıq görüşləri öz əksini tapmışdır.

Dünya dövlət rəhbərləri ilə keçirilən rəsmi görüşləri olan fotoşəkillərə baxarkən onun bu fikri yada düşür:Heç bir ölkə beynəlxalq əməkdaşlıq olmadan təkbaşına iqtisadi tərəqiyə nail ola bilməz”

YEDDİNCİ BÖLMƏ və SƏKKİZİNCİ BÖLMƏ

Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm.

Heydər Əliyev

Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam.

Heydər Əliyev

7-ci və 8-ci bölmələr Heydər Əliyev və Yevlax mövzusu təşkil edir.Azərbaycanın hər güşəsi kimi Yevlaxda Ulu Öndərin qayğısı sayəsində inkişaf edib O,5 dəfə Yevlaxda olmuşdur.Bundan əlavə digər regionlara səfər edərkədnə şəhərimizdən keçmişdir.Ulu öndər rayonumuzdan çox adamlarla təmasda olmuşdur.Sosialist əməyi Qəhramanı Şamama Əliyevə,SSRİ xalq müəllimi Zahid Söyübov dəfələrlə H.Əliyevlə görüşmək şərəfinə nail olublar.

Bütün bu gördüklərimiz H.Əliyevin həyat və fəaliyyətinin müəyyən bir hissəsini əks etdirsədə,məncə sizdə kifayət qədər təsəvvür yaratdı.Bir sözlə bütün bunlar deməyə əsasverir ki, Müstəqil Azərbaycanın H.Əliyevin şah əsəridir.H.Əliyevin Azərbaycanın hər tərəfli inkişafı üçün misilsiz xidmətləri olmuşdu və Azərbaycanlı olması ilə fəxr edirdi.

Bizi Mərkəzdə H.Əliyevin əzəmətli siması qarşılayır, gedərkən gülərüz siması yola salır.

H.Əliyev Azərbaycanı bütün dünyada tanıtmaq üçün əlindən gələni etmişdir.Ulu Öndər Yevlaxa 5 dəfə səfər etmişdir. 1973,1977,1979,1981,1998 ci illər.