Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları "Dost Xonçası" layihəsində iştirak etdilər

Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları "Dost Xonçası" layihəsində iştirak etdilər

Yevlax Heydər Əliyev Mərkəzinin əməkdaşları 19.03.2020-ci il tarixdə "Dost Xonçası" layihə çərçivəsində məcburiköçkün Bayramova Məhlub İsə qızının evində oldular. Məhlub xala 1938-ci ildə Xocavənd rayonunda anadan olub, orada böyüyüb boya-başa çatıb. Məfur qonşularımız torpaqlarımızı işğal etdikdən sonra Məhlub xalada öz doğma ata-baba torpağından didərgin düşmüşdü. 1992-ci ildən bəri Yevlax rayonunda yaşıyır. Mərkəz əməkdaşları onu ziyarət etməsi Məhlub xalanı çox sevindirdi. Məhlub xala bu layihənin icrasında əməyi keçən hər bir kəsə öz minnətdarlığını bildirdi.