Yevlax şəhər Heydər Əliyev Mərkəzi 01.12.2021-ci il tarixdə Laçın rayonun işğaldan azad olunmasına həzr olunmuş “Azadlığa qovuşmuş Laçınımız” adlı dəyirmi masa keçirdi

Yevlax şəhər Heydər Əliyev Mərkəzi 01.12.2021-ci il tarixdə Laçın rayonun işğaldan azad olunmasına həzr olunmuş “Azadlığa qovuşmuş Laçınımız” adlı dəyirmi masa keçirdi

Yevlax şəhər Heydər Əliyev Mərkəzi 01.12.2021-ci il tarixdə Laçın rayonun işğaldan azad olunmasına həzr olunmuş “Azadlığa qovuşmuş Laçınımız” adlı dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Aygün Qasımova açaraq Laçın rayonunun yaranma tarixi, orada olan təbii sərvətlər, erməni vandalları tərəfindən qəsbə uğramış, maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verdi. Mərkəzin fond mühafizi Hüseyn Hüseynov Laçın rayonunun işğal olunma və işğaldan azad olunma tarixləri haqqında danışdı. GİKM-ın direktoru Elvin Əjdərli 44 günlük Vətən Müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaətdən danışaraq, torpaqlarımızın işğaldan azad olunma günlərinin bütün ölkəmizdə bayram şəklində keçirildiyini vurğuladı.