Yevlax şəhər , Ucar rayon , Ombudsman Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşumuzun Memarı, Azərbaycançılıq İdeologiyasının Banis - Dahi şəxsiyyət Heydər Əliyev " adlı onlayn tədbir keçirildi

Yevlax şəhər , Ucar rayon , Ombudsman Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş  "Qurtuluşumuzun  Memarı, Azərbaycançılıq İdeologiyasının Banis - Dahi şəxsiyyət  Heydər Əliyev " adlı   onlayn tədbir keçirildi

11.06.2021 - ci il tarixdə Yevlax şəhər, Ucar rayon, Ombudsman Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşumuzun Memarı, Azərbaycançılıq İdeologiyasının Banis - Dahi şəxsiyyət Heydər Əliyev " adlı onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova açaraq tədbir iştirakçılarını salamladı, Azərbaycannın keçdiyi şanlı Qurtuluş tarixi haqqında ətraflı məlumat verdi. Çıxış edən Ucar Heydər Əliyev Mərkəzlərinin direktoru Mətanət Qəribova bu günkü zəfər tariximizin Ulu öndər Heydər Əliyevin qoyduğu işıqlı yolun davamı olduğunu vurğuladı. Ombudsman Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Heydər Əliyevin insan hüquqlarına verdiyi dəyərdən danışdı. Tədbirə qoşulan Salyan Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova da Ulu öndərin keçdiyi şərəfli həyat yolu haqqında maraqlı faktlara toxundu. Tədbirdə Yevlax, Ucar ,Göyçay, Ağdaş Heydər Əliyev Mərkəzlərinin gənc əməkdaşları da iştirak edirdilər. Çıxış edən gənc əməkdaşlar da Ulu öndər yolunun müqəddəsliyini ,böyüklüyünü, Azərbaycanın işıqlı sabahının açarı olduğunu vurğuladılar.