Yevlax şəhər, Nefçala və Salyan rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə " Nizami Dühası " adlı video konfrans keçirildi

Yevlax şəhər, Nefçala və Salyan rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə " Nizami Dühası " adlı video konfrans keçirildi

06.04.2021 - ci il tarixdə Yevlax şəhər ,Nefçala və Salyan rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə " Nizami Dühası " adlı video konfrans keçirildi. Konfransı giriş sözü ilə açan Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova əvvəlcə tədbir iştirakçılarını salamladı. Sonra Nizami Gəncəvinin sözə verdiyi dəyərdən danışaraq, hikmət sahibinin sözü qızıldan daha üstün tutmasını vurğuladı. Nefçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova Heydər Əlıyevın Nizami yaradıcılığına verdiyi dəyərdən danışdı. Salyan Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova isə mövzu ilə bağlı maraqlı faktlar toxunaraq, bu günkü gəncliyin bu dühadan faydalandıqlarını xüsusi ilə vurğuladı. Tədbirdə iştirak edən Xaçmaz, Zərdab, Samux, Hacıqabul, Yardımlı, Siyəzən, Cəlilabad Heydər Əliyev Mərkəzlərinin direktorları da mövzu haqqında maraqlı fikirlər səsləndirərək, bu böyük dühanın Azərbaycanın milli sərvəti olduğunu vurğuladılar.