Yevlax şəhər Heydər Əliyev Mərkəzi və Yevlax MKS- in birgə təşkilatçılığı ilə 24.02 2021- ci il tarixdə Xocalı faciəsinin 29 - cu il dönümünə həsr olunmuş " Dərdlərimizdən Dərs Alaq" adlı video konfrans keçirildi.

Yevlax şəhər Heydər Əliyev Mərkəzi və Yevlax MKS- in birgə təşkilatçılığı ilə 24.02 2021- ci il tarixdə Xocalı faciəsinin 29 - cu il dönümünə həsr olunmuş " Dərdlərimizdən Dərs Alaq" adlı video konfrans keçirildi.

Yevlax şəhər Heydər Əliyev Mərkəzi və Yevlax MKS- in birgə təşkilatçılığı ilə 24.02 2021- ci il tarixdə Xocalı faciəsinin 29 - cu il dönümünə həsr olunmuş " Dərdlərimizdən Dərs Alaq" adlı video konfrans keçirildi. Konfransı giriş sözü ilə açan Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova Xocalı faciəsi zamanı xalqımızın başına gətirilən müsibətlərdən danışaraq bildirdi ki ,bu faciə bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.Erməni vandalları rus qardaşlarının köməyindən istifadə edərək, gecə yarısı Xocalı şəhərini üstünə hücuma keçərək ,əliyalın insanlara olmazın əziyyətini verdikləri belə bir ağır faciəyə hüquqi qiymət verilmədi.Bu faciyəyə hüquqi- siyasi qiymət 1994 - cü ildə ulu öndər Heydər Əliyev tərəfindən verildi. MKS - in direktor müavini Tofiq Həsənov həmin dəhşətli gecədə 613 nəfərin öldürüldüyünü, 1000 nəfərdən artıq insanın şikəst olduğunu, 1275 nəfərin əsir götürüldüyünü bildirərək, bu faciənin insanlarda buraxdığı ağır izlərdən danışdı. Yevlax Heydər Əliyev Mərkəzinin əməkdaşı Sevda Əliyeva ermənilər tərəfindən uşaqlara, qocalara,hamilə qadınlara qarşı törədilən amansızlıqlardan danışaraq ,bu cinayətin günahkarlarının hələ də cəzalandırılmadıqlarını təssüf hissi ilə bildirdi.MKS - in xidmət şöbəsinin müdiri Mətanət Rəşidova illər keçsə də bu faciənin qurbanlarının yaralarının qanadığını, faciənin buraxdığı silinməz izlərin ağlrlığından danışdı. Azərbaycan xalqı heç bir zaman bu müsibət unuda bilməz və unutmayacaq da. Dərdlərimiz unudularsa,bizdə unudularıq. Hər zaman xatırlamalıyıq ki, bizim düşmənlərimiz çox mənfur, qəddar, hiyləgər və yaltaqdırlar.