Mərkəzdə həftədə dörd gün ingilis dili kursu fəaliyyat göstərir. Kurs oktyabrın 1-də fəaliyyətə başlayıb, mayın 1-dək davam edəcək. Kursu şəhər 3 saylı məktəbin ingilis dili müəlliməsi Zülfiyyə Mahmudova aparır. Şəhər məktəbliləri kursa böyük maraq göstərirlər. Kursun əsas məqsədi yetişməkdə olan gənc nəslə xarici dil öyrətməkdir.