"Bacarıqlı əllər" dərnəyi

2016-cı ildən Yevlax şəhər Heydər Əliyev Mərkəzində "Bacarıqlı Əllər" dərnəyi fəaliyyət göstərir. Dərnəkdə şəhərin bütün məktəblərindən şagirdlər iştirak edirlər. Əsas məqsədimiz şagirdlərin dərsdən sonra ki, boş vaxtlarını səmərəli keçirmələridir. Eyni zamanda əl qabiliyyəti gözəl olan şagirdlərin gələcək həyatlarında bu sənətin ardınca getmələrinin bünövrəsi qoyulmuş olur. Dərsləri əmək müəllimləri, mərkəzin əməkdaşları aparıllar. Hazırda mərkəzdə hazırlanan əl işləri "Bölgələrdən bölgələrə" yaradıcılıq festivalında nümayiş olunur.

Dərnək həftədə iki dəfə keçirilir.