Ermənistan təcavüzünün nəticələri

Şəhidlər

31 ildir ki, erməni qəsbkarları Azərbaycan xalqının başına olmaz müsibətlər gətiriblər. Azərbaycanın 20% torpaqları hələ də düşmən taptağı altındadır. Topraqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərcə vətən övladı şəhid olmuşdur. Azərbaycanın bütün bölgələrindən şəhidlərimiz var. Allah hamısına rəhmət eləsin.

Yevlax rayonundan olan oğullarımız da vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdilər. Rayonun 243 şəhidi 3 Milli qəhrəmanı var.

Əsədov Malik Hamil oğlu 1962-ci ildə Yevlax rayonu Havarlı kəndində anadan olub. Rayonun ilk milli qəhrəmanıdır. 1992-ci ilin yanvarın 19-da Şuşa rayonunun Nəbilər kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. 8 oktyabr 1992-ci il tarixli fərmanla milli qəhrəman adına layiq görülüb.

Nəcəfov Fəxrəddin Vilayəddin oğlu 1967-ci ildə Yevlax rayonunun Yəldilli kəndində anadan olub. 1992-ci il sentyabrın 4-də Ağdam ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Daxili işlər nazirliyinin daxili xidmətli leytinantı olub. 6 noyabr 1992-ci il tarixli fərmanla milli qəhrəman adına layiq görülüb.

Mədətov Fariz Əlövsət oğlu 1972-ci ildə Yevlax rayonunun Varvara kəndində anadan olub. Tərtər və Goranboy ətrafında gedən döyüşlərdə iştirak edib. 1995-ci ilin martında dövlət çevrilişinə cəhdin qarşısının alınmasında göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il fərmanı ilə milli qəhrəman adına layiq görülüb. Hazırda polis baş leytinantı olaraq, Yevlax rayon polis şöbəsində işləyir.

Adına bulaq tikilmiş şəhidlər

  1. Ağayev Elçin Vaqif oğlu – Fizuli küçəsi
  2. Balakişiyev Rövşən Saleh oğlu – C.Əzizov küçəsi
  3. Kərimov Fəxrəddin Yusif oğlu – Gəncə 4-yolu
  4. İbrahimov Rafiq Əsgər oğlu – R.İbrahimov
  5. Cumayev Alik Maarif oğlu – Y.Qarxun küçəsi
  6. Məmmədov Elburus Çingiz oğlu – Ş.Məmmədov küçəsi

Adına xatirə abidələri qoyulmuş şəhidlər

  1. Xaldan məktəbi
  2. Varvara məktəbi
  3. Havarlı məktəbi
  4. 4 saylı məktəb
  5. A.Qarxun məktəbi
  6. Y.Qarxun məktəbi
  7. Aran qəsəbəsi

Adına məktəb olan şəhidlər

  1. Atakişiyev Polad Şikar oğlu – Qaroğlan məktəbi
  2. Səmədov Taryel Rasim oğlu – Varvara məktəbi
  3. Əmiraslanov Vüqar İsgəndər oğlu – St.Mingəçevir
  4. Pənahov Mübariz Sabir oğlu – Aran qəsəbə məktəbi
  5. Əzimov Tahir Əyyub oğlu – İnternat məktəbi
  6. Salmanov İsa Surxay oğlu – Nəmərli kənd orta məktəbi
  7. Əhmədov Xosrov Xasay oğlu – Hacımahmudlu kənd orta məktəbi
  8. Məmmədov İsa Nizaməddin oğlu – Ərəb Bəsrə kənd məktəbi
  9. Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu – Yəldili kənd məktəbi
  10. Məmmədov Xanlar Baloğlan oğlu – A.Qarxun məktəbi
  11. Rzayev Rövşən Qaroğlan oğlu – Qoyunbinəsi məktəbi
  12. Məhərrəmov Qənbər Əmir oğlu – 4 saylı orta məktəb
  13. Əzizov Azər Fəzail oğlu – Xanabad kənd məktəbi
  14. Əhmədov Fəqani Fətalı oğlu – Salamabad məktəbi
  15. Əliyev Sahib Həsən oğlu – 1 saylı orta məktəb
  16. Yolçuyev Əlövsət Yolçu oğlu – Hacıselli orta məktəb
  17. Əhmədov Hüseynxan Mustafa oğlu – Nəmətabad kənd məktəbi

Adına mədəniyyət evləri olan şəhidlər

  1. Əliyev Ramiz Abbas oğlu – Aran qəsəbə mədəniyyət evi
  2. Hüseynov Mahmud Məhəmməd oğlu – Şəhər mədəniyyət evi
  3. Xəlilov İsa Bayram oğlu – Qoyunbinəsi mədəniyyət evi

Adına uşaq bağçaları olan şəhidlər

  1. İsrafilov Ayaz Feyruz oğlu – Varvara uşaq bağçası
  2. Qurbanov Saleh Tahir oğlu – Yevlax Yun fabrikinin uşaq baxçası
  3. Tatanov Cəmil Xəlil oğlu – Kövər kənd uşaq baxçası

Adına musiqi məktəbi olan şəhid

  1. Həsənov Əsgər İsmayıl oğlu – Malbinəsi musiqi məktəbi

Adına küçə olan şəhidlər

  1. Əlizadə Namiq Əsgər oğlu
  2. Qarayev Əmrah Səməd oğlu
  3. Abdullayev Əsəd Əliyusif oğlu
  4. Sadıxov Arif Sarı oğlu
  5. Mustafayev Nizami Xıdır oğlu
  6. Rəcəbov Hamlet Sabir oğlu
  7. Sadıxov Azad Əli oğlu
  8. Kərimov Cahangir Kərəm oğlu
  9. Əliyev Sahib Həsən oğlu
  10. Məmmədov Elbrus Çingiz oğlu
  11. Ağayev Elçin Vaqif oğlu
  12. İmanov Baxşalı Turan oğlu
  13. Dəmirov İlqar Qəzənfər oğlu
  14. Əliyev Heydər Əziz oğlu
  15. Musayev Saleh Sabir oğlu
  16. Mustafayev Ceyhun Mahmud oğlu
  17. Kərimov Fəxrəddin Yusif oğlu
  18. Bayramov İlqar Mamed oğlu
  19. Əsgərov Arif Əvəz oğlu
  20. Balakişiyev Rövşən Saleh oğlu
  21. Xəlilov Akif Məmmədşah oğlu